Yeni Şuşa məscidinin tikintisi ilə tanışlıq olub
Şuşa, 11 sentyabr, AZƏRTAC
Diplomatik korpusun nümayəndələri inşası davam edən Yeni Şuşa məscidində aparılan işlərlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Yeni Şuşa məscidi layihəsi barədə məlumat verib.
Qeyd olunub ki, məscidin təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Məscidin forması 8 rəqəmini, yəni Şuşanın işğaldan azad olunduğu günü - Zəfər Gününü, iki minarəsi isə 11 rəqəmini – şəhərin işğaldan azad edildiyi 11-ci ayı simvolizə edəcək. Minarələrin hündürlüyü 72 metr olacaq.
Müxbirlər - Pərvanə Qafarova, Gülay Nəzərova
Fotoqraf - Tofiq Babayev
Operator - Mirrəsul Cəfərov