YENİ TİCARƏT MƏRKƏZİNDƏ 300 NƏFƏR İŞLƏ TƏMİN OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasında Şəmkirin iş adamları da yaxından iştirak edirlər. Onlar yeni müəssisə və istehsal sahələri yaratmaqla rayonun iqtisadiyyatını yüksəldir, əhalinin məşğulluğuna kömək edirlər. Bu günlərdə sahibkar Fəzail Quliyevin rayon mərkəzində inşa etdirdiyi “Habil” ticarət mərkəzində 300 nəfər işlə təmin olunmuşdur. Vaxtilə yöndəmsiz və köhnə binaların yerində müasir memarlıq elementlərini özündə birləşdirən bu obyekt şəhərin görkəminə gözəllik gətirmişdir. İkimərtəbəli ticarət mərkəzində sənaye və kənd təsərrüfatı məhsullarının satışı üçün əlverişli şərait yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:18]
Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
- 09.10.2026 [15:23]
“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır
- 09.10.2026 [15:17]
Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb
- 09.10.2026 [14:41]
® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir
- 09.10.2026 [14:38]