YENİKƏND SES-İ ÜÇÜN KADRLAR HAZIRLIĞINA XÜSUSİ DİQQƏT
“Azərenerji” SC-nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ənənəyə uyğun olaraq, Yenikənd SES-də gənc kadrların peşə hazırlığının artırılması məsələlərinə xüsusi diqqət yetirilir. Bu su elektrik stansiyası müasir standartlara uyğun tikilmişdir və istismarda köhnə tipli stansiyalardan fərqlənir. Buna görə də mühəndis-texniki heyət gənc mütəxəssislərin ixtisasını artırmaq üçün müntəzəm olaraq kurslar keçirlər.
Xatırladaq ki, Prezident Heydər Əlıyevin təşəbbüsü ilə tikilmiş SES-in hər biri 37,5 MVt gücündə 4 hidroaqreqatı gündə 500 min kilovat-saat elektrik enerjisi istehsal edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]