Yeniyetmə və gənc samboçularımız Avropa birinciliyində 6 medal qazanıblar
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan samboçuları Serbiyanın Novi Sad şəhərində yeniyetmə və gənclər arasında keçirilən Avropa birinciliyində 6 medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, yeniyetmələr arasında Musaxan Gülməmmədov (64 kq) gümüş, Kərəm Babazadə (71 kq), Toğrul İbrahimov (79 kq) və Orxan Məcidli (+98 kq) bürünc medala sahib olublar.
Gənclərin yarışında mübarizə aparan samboçularımızdan isə Elvin Bağırov (64 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətləniblər.