YENİYETMƏLƏRİN V ÜMUMRESPUBLİKA OYUNLARI KEÇİRİLƏCƏKDİR
1998-ci ildən başlayaraq, hər iki ildən bir təşkil olunan bu kütləvi idman tədbirinin keçirilməsindən əsas məqsəd ölkənin bütün regionlarından istedadlı idmançıları üzə çıxarmaqdır. Yarışların proqramına uyğun olaraq, əvvəlcə, müxtəlif idman növləri üzrə rayon və şəhər birincilikləri keçiriləcəkdir. Ümumrespublika oyunları bu ildən, boks da əlavə olunmaqla, 17 idman növü üzrə təşkil olunmuşdur.
Sonra komandalar arasında zona yarışları keçiriləcəkdir. Voleybolçular Ağdam, Qusar, Yevlax və Goranboyda, futbolçular Gədəbəy, Ağdaş və Gəncədə, sərbəst güləşçilər Göyçay, Lənkəran və Gəncədə, basketbolçular isə Lənkəranda və Şəkidə yarışacaqlar. İdman oyunlarının final mərhələsinin təntənəli açılış mərasimi mayın 5-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində olacaqdır.