Yens Stoltenberq Ümumavropa nüvə arsenalının yaradılması ideyasına qarşı çıxıb
Bakı, 17 fevral, AZƏRTAC
NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, bəzi siyasətçilərin müzakirə mövzusuna çevrilən Ümumavropa nüvə arsenalının yaradılması ideyasının NATO üçün heç bir faydası yoxdur.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, o, Münxen Təhlükəsizlik Konfransında bununla bağlı suala cavabında deyib: “Bunun heç bir faydası yoxdur”.
Stoltenberq xatırladıb ki, NATO-da nüvə silahına ABŞ, Böyük Britaniya və Fransa sahibdirlər. Bu ölkələr öz fəaliyyətlərini koordinasiya edir, birgə təlimlər keçirir və bütövlükdə nüvə silahının yayılmamasını uğurla təmin edirlər.
“Hansısa paralel sistem ideyası, ABŞ və Böyük Britaniyanın iştirakı olmadan NATO-nun bəzi üzvləri tərəfindən hərbi nüvə imkanlarının dəyərləndirilməsi bizim nüvə silahının yayılmaması ilə bağlı mövqeyimizi yalnız zəiflədəcək”, - deyə Alyansın Baş katibi sözlərinə yekun vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]