Yevlax rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmaq üzrədir
Yevlax, 14 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Ölkəmizdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi, infrastruktur və kommunal xidmətlərin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Ən ucqar kəndlərdə belə əhalinin sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülür, müxtəlif infrastruktur layihələri həyata keçirilir, o cümlədən yaşayış məntəqələrinin qazlaşdırılması işləri davam etdirilir. Respublikamızın bütün bölgələrində olduğu kimi, Yevlax rayonunda da bu istiqamətdə tədbirlər görülür. Artıq rayonun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmaq üzrədir.
Yevlax Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonun 50 yaşayış məntəqəsindən 46-sı qazlaşdırılıb. Hazırda qalan dörd kəndin üçündə - Nəmirli, Dəlləklər və Köyük kəndlərində qaz xətlərinin çəkilişi işləri davam etdirilir. Bəydili kəndinin isə qazlaşdırılması üçün hazırlıq görülüb və yaxın günlərdə işlərə başlanacaq. Bununla da Yevlax rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması 100 faizə çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:50]
Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat
- 15.10.2026 [11:06]
Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə
- 15.10.2026 [10:47]
ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib
- 14.10.2026 [22:04]
Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə
- 14.10.2026 [21:48]