Yevlaxda 20 Yanvar faciəsinin ildönümü geniş qeyd olunacaqdır
Yevlax, 14 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Yevlax rayonunda silsilə tədbirlər keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətində təsdiq olunmuş tədbirlər planına əsasən, rayonun idarə və təşkilatlarında faciənin ildönümü ilə bağlı konfranslar, “dəyirmi masa”lar, yığıncaqlar təşkil olunacaq, mədəniyyət müəssisələrində tamaşalar, xatirə gecələri, təhsil müəssisələrində qanlı hadisəyə həsr edilən xüsusi dərslər, inşa və rəsm müsabiqələri keçiriləcəkdir.
Yanvarın 20-də Yevlax şəhərində ümumrayon anım mərasimi keçiriləcək, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, dualar oxunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]