YEVLAXDA HEYDƏR ƏLİYEV ADINA SEYRƏNGAH SALINIR
Yevlaxlıların çoxsaylı müraciətləri nəzərə alınaraq şəhərdə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan seyrəngahın salınmasına başlanmışdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, seyrəngah üçün 12 hektar torpaq sahəsi ayrılmış və az vaxtda burada 15 min ədəd müxtəlif növ ağac əkilmişdir. Seyrəngahın ərazisində mehmanxana, şadlıq sarayı və digər obyektlər inşa ediləcəkdir.
Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan prospektdə abadlıq, yenidənqurma işləri aparılmış, ulu öndərin büstü ucaldılmışdır. Yaxın vaxtlarda “Heydər Əliyev muzeyi” də istifadəyə veriləcəkdir.