Yevlaxda Xocalı faciəsi qurbanlarının xatirəsi yad olunmuşdur
Yevlax, 26 fevral (AZƏRTAC). Xocalı şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 21-ci ildönümü ilə bağlı Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının təşəbbüsü ilə “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, faciədən bəhs edən filmə baxmışlar.
Mərasimdə çıxış edənlər xalqımızın qan yaddaşı olan Xocalı faciəsindən danışmış, beynəlxalq ictimaiyyətdən XX əsrin ən qəddar və dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımına hüquqi və siyasi qiymətin verilməsini tələb etmişlər.
Tədbirdə çıxış edən Xocalı sakinləri o dəhşətli gecədə üzləşdikləri müsibətlər, erməni millətçilərinin dinc əhaliyə amansız divan tutmalarından danışmış, faciəni təkcə xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət adlandırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]