Yohannes Han: Gürcüstan vətəndaşları Avropa İttifaqından sığınacaq ala bilməyəcəklər
Tbilisi, 6 mart, AZƏRTAC
Gürcüstan vətəndaşları Avropa İttifaqından sığınacaq ala bilməyəcəklər. Gürcüstan təhlükəsiz ölkədir.
AZƏRTAC xəbər verir ki, belə bir bəyanatla Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han çıxış edib.
Komissar deyib: “Biz Avropada tam sabitliyin və firavanlığın olmasını və bu prosesə daha çox qonşularımızın qoşulmasını istəyirik. Gürcüstan bu istiqamətdə mühüm işlər görüb və bizim qənaətimizə görə, təhlükəsiz ölkədir”.
Bu məsələdə medianın rolunu xüsusi vurğulayan Yohannes Han deyib ki, mətbuat ictimaiyyəti məlumatla təmin etməlidir və başa salmalıdır ki, Avropa İttifaqında sığınacaq tapmaq artıq mümkün olmayacaq, çünki Gürcüstan təhlükəsiz bir ölkədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [13:00]
Rafael Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını alqışlayıb
- 18.06.2026 [12:58]
Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib
- 18.06.2026 [12:51]
Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq
- 18.06.2026 [12:49]
Litva hökuməti iyunun 23-də istefa verəcək
- 18.06.2026 [12:30]
Fransa və Almaniyanın birgə müdafiə qrupu yeni tanklar təqdim edib
- 18.06.2026 [12:07]
Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır
- 18.06.2026 [12:04]