Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı Tvininq layihəsi çərçivəsində növbəti təlim reallaşıb

Bakı, 26 sentyabr, AZƏRTAC

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) benefisiarı olduğu “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” Tvininq layihəsi çərçivəsində növbəti təlim səfəri reallaşıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlim səfəri layihənin 1-ci komponenti üzrə “Yol hərəkətinin təhlükəsizliyi sisteminin hüquqi və institusional bazasının gücləndirilməsi” mövzusunda Litvanın Vilnüs şəhərində təşkil edilib.

Səfərdə RİNN-in şöbə və qurumları ilə yanaşı, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri də iştirak ediblər.

Təlim səfəri qanunvericilik və texniki tələblərin yerinə yetirilməsi, yol hərəkətinin təhlükəsizliyi tədbirlərinin daha yaxşı əlaqələndirilməsi və idarə olunması məqsədilə ölkəmizdə yol hərəkəti təhlükəsizliyinə cavabdeh olan qurumların təşkilati quruluşunun təkmilləşdirilməsi üzrə Litvanın müvafiq sahədə cavabdeh qurumlarının fəaliyyətini yerində müşahidə etmək, bu sahədə dövlət qurumlarının və digər maraqlı tərəflərin səlahiyyət bölgüsü, institusional quruluşu və onların fəaliyyət istiqamətləri ilə tanış olmaq məqsədi daşıyıb.

Səfərin ilk günü nümayəndələr Litva Nəqliyyat Təhlükəsizliyi Administrasiyası tərəfindən Avropa Mobillik həftəsi çərçivəsində təşkil olunmuş sosial tədbirdə iştirak edib. Tədbir piyadalar tərəfindən işıqqaytarıcı elementlərdən istifadə edilməməsi səbəbindən baş verən piyada ölümləri ilə bağlı problemin həllinə həsr olunub.

Səfər zamanı Litva Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (LTSA), Nəqliyyat və Rabitə Nazirliyi (MoTC), Nəqliyyat Səlahiyyətləri Agentliyi (TKA), Litva Yol İdarəsi, Litva Dövri Texniki Baxış Şirkətləri Assosiasiyası - “Transeksta”, beynəlxalq avtobus istehsalçısı olan “Altas” şirkəti, Litva Polis İdarəsi, sürücülərin imtahan mərkəzi olan “Regitra” dövlət müəssisəsi və peşəkar sürücülərin hazırlanması üzrə Vilnüs Avtomexanika və Biznes Məktəbinin nümayəndələri, həmçinin avtonom nəqliyyat vasitələri sahəsində ixtisaslaşan Estoniyaya məxsus “Clevon” şirkəti ilə onlayn formatda görüşlər keçirilib.

Görüşlərdə qeyd olunan qurumların fəaliyyətinin təşkili, qanunvericilik bazası barədə ətraflı məlumat verilib.

LTSA yol nəqliyyatı təhlükəsizliyinin müxtəlif aspektlərində mühüm rol oynayır. Onun əsas funksiyaları sırasına avtomobil daşıyıcılarının lisenziyalaşdırılması, beynəlxalq marşrutlarda sərnişindaşımaların tənzimlənməsinin təmin edilməsi, nəqliyyat vasitələrinin tiplərinin təsdiqlənməsi daxildir. Bundan əlavə, Nəqliyyat və Rabitə Nazirliyi Litvanın yol nəqliyyatı təhlükəsizliyi siyasətinin formalaşdırılmasında aparıcı qurumdur.

Görüşlər zamanı Nəqliyyat Səlahiyyətləri Agentliyi tərəfindən yol təhlükəsizliyi yoxlamaları (audit), yol təhlükəsizliyi inspeksiyası, qara nöqtələrin (təhlükəli yol kəsişmələri və yol infrastrukturu üzrə ərazilər) müəyyən olunması və rəqəmsal xəritələndirilməsi, Litva Yol İdarəsinin nəqliyyat məlumat mərkəzi, sektorial sürət kameraları, hava şəraitinin monitorinqi stansiyaları, yol infrastrukturunun vəziyyəti və perspektivləri kimi məsələlərə dair Litva təcrübəsi öyrənilib.

Həmçinin nümayəndələr “Transeksta” tərəfindən aparılan dövri texniki baxış, nəqliyyat vasitələrinin texniki şərtləri, “Regitra” tərəfindən sürücülərin imtahan edilməsi, nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanının verilməsi, “Altas” şirkətində növün təsdiqi prinsiplərinə uyğun olaraq avtobus hissələrinin yığılması prosesi, Litva Polis İdarəsinə məxsus sürət kameraları və digər avadanlıqlar, Vilnüs Avtomexanika və Biznes Məktəbində təhlükəli hava şərtlərində sürücülük qabiliyyətinin artırılması, eləcə də avtomobil hissələrinin təmiri üzrə ixtisaslaşmış kurslarda aparılan dərslərlə əyani şəkildə tanış olmaq imkanı əldə edib.

Bununla da iki ölkə nümayəndələri arasında müvafiq sahədə fikir mübadiləsi aparılıb və ən yaxşı təcrübələr öyrənilib.

Qeyd edək ki, Tvininq layihəsinin məqsədi ölüm və ya ağır sağlamlıq xəsarətləri və sosial-iqtisadi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin azaldılmasına töhfə vermək, Azərbaycanda yol hərəkəti təhlükəsizliyi məsələlərini daha yaxşı idarə etmək və əlaqələndirmək üçün aidiyyəti dövlət qurumlarının və digər maraqlı tərəflərin hüquqi və institusional imkanlarını, kadr potensialını təkmilləşdirməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Meksikalı pilot Serxio Peres: Bakıdakı yarış üçün ümidliyəm

Türk ekspert: Azərbaycan Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında mühüm tranzit rolunu oynayır

Hacıqabulda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” müzakirə olunub

Azərbaycan startapı Özbəkistan və Türkiyə bazarlarında işə başlamağı planlaşdırır

Corc Rassel: Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik

Oskar Piastri: Ümid edirəm ki, bu dəfə Bakıdakı yarış bizim üçün daha yaxşı keçər

İki tarix arasındakı reallıq: müharibədən sülh gündəliyinə gedən yol ŞƏRH

Ekspert: Süni intellekt təhsildə müəllim və şagirdlərin imkanlarını genişləndirə bilər

Ev şəraitində konservləşdirilən qidalar nə qədər təhlükəsizdir və bu zaman nələr nəzərə alınmalıdır?

Tailandlı pilot: Bakı trası bizim bolidə uyğundur

Şarl Lekler: Bakı trasında yarışmaqdan zövq alıram

“Valensiya”nın yeni baş məşqçisi məlum olub

Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub

“Red Bull”un pilotu: Bakıda əlimizdən gələnin ən yaxşısını etmək istəyirik

“Qazıməmməd Qazax” magistral qaz kəmərinin 69 kilometrlik hissəsi təmir ediləcək

Bakı–Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb VİDEO

Bakı–Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb VİDEO

ADA Universitetində “Sənət inciləri” adlı mühazirə-konsert təşkil olunub

Azərbaycan və IEC enerji sahəsində standartlaşdırma üzrə əməkdaşlığı dəyərləndirib

Buxarestdə Şərqi Avropanın qlobal ticarət marşrutlarındakı rolu müzakirə olunur

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 27,9 faiz artıb

"Turan Tovuz" - "Fənərbağça" oyununa 12 mindən artıq bilet satılıb

Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək

Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Azərbaycanda dağ-mədən sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyub - ŞƏRH

Beynəlxalq Elektrotexniki Komissiya Azərbaycanla innovativ sahələrdə əməkdaşlığın gücləndirilməsində maraqlıdır

İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib

Azərbaycan Tbilisidə keçirilən IX Dünya Enerji Tənzimləmə Forumunda təmsil olunur

Maliyyə Nazirliyi: İkinci rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb

İntizam Komitəsi “İmişli”nin futbolçusuna 4 oyunluq cəza verib

Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır

“Cadillac” komandasının rəhbəri: Azərbaycan Qran-Prisi cəmi 10 il ərzində Formula 1 təqvimində özünəməxsus yer tutub

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Arpa məbədi

Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Ahıl şəxslər üçün “Qala” qoruğuna ekskursiya təşkil olunub

Çin-Avropa ticarətində yeni logistika modelində Azərbaycan sürətli TIR marşrutlarının əsas halqalarından birinə çevrilir

Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək

Səkkiz ayda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 114,7 milyon manat olub

Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb

® “Azerbazalt” və “Isometric” Cənubi Qafqazda ERW üzrə ilk beynəlxalq karbon sertifikatlaşdırma layihəsinə başlayıb

“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir

Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır

Aslan Kərimov: Tacikistanla yoldaşlıq oyunu Millətlər Liqasına hazırlıq baxımından əhəmiyyətlidir

İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb

İlk dəfə azərbaycanlı tələbə Mərakeşdə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil alacaq

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək

Qızıl və qeyri-qızıl yataqlarının istismarı qeyri-neft ixracını genişləndirəcək - ŞƏRH

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib

BMU alimlərinin kitabı “Elsevier” nəşriyyatında işıq üzü görəcək

Dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”

Qarabağdakı alban abidələrinin tarixi və maddi-mədəni irsi AMEA-da araşdırılıb

Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb

Azərbaycanın regional strateji əhəmiyyətli minerallar emalı mərkəzi kimi formalaşması imkanları araşdırılacaq

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

AMB: Səkkiz ayda nağd xarici valyutanın alışı satışını üstələyib

ƏƏSMN-in elektron xidmətlərindən istifadə göstəriciləri açıqlanıb

Rusiya mediası: Vyaçeslav Volodin Dövlət Dumasının sədri vəzifəsində qala bilər

Daşkəsən dəmir filizi yataqlarında prioritet sahələr üzrə geoloji kəşfiyyat proqramı hazırlanacaq

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməyib

“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır

Şərurda yol qəzası zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər xilas edilib

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Sabah”ın gənc qapıçısı: Milli komandadan gələn dəvət gözlənilməz oldu

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

Yol polisi “2026 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Yol polisi “2026 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Səməd Vurğunun qızı: Onun vaxtından tez qocalması məni kədərləndirirdi

Azərbaycanda illik 2 milyon ton İsti Briketlənmiş Dəmir istehsal gücü yaradılacaq

BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər

Dağ-mədən və metallurgiya sənayesində elmi potensialın artırılması dəstəklənəcək

ADNSU-da “Boota Green Talent Academy”nin payız proqramı başlayıb

Fariz Əliyev: Bu il Çindən 600 blok qatarının qəbul edilməsi gözlənilir

“Abituriyent” jurnalının 11-ci nömrəsi nəşr edilib

Azərbaycan klubu misirli voleybolçunu heyətinə qatıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Ağdərədəki “Dəmirli” Filiz Emalı Kompleksində 1342 nəfər daimi işlə təmin olunub

Dağ-mədən və metallurgiya sənayesi üçün ixtisaslı kadr hazırlığı gücləndiriləcək

Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq

Azərbaycanın iki nüfuzlu mütəfəkkiri: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi

“Azəralüminium”un elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq - Dövlət Proqramı

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvanda unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz artıb

Rəqəmsal platformada dövlət-vətəndaş məmnuniyyətinin kibersuverenliyə təsiri tədqiq olunur

Yeni Dövlət Proqramı Azərbaycanın vacib sənaye mərkəzinə çevrilməsini təmin edəcək ŞƏRH

Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir

Naxçıvanda daşınmaz əmlak sahəsində 9 mindən çox elektron müraciət daxil olub

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq -Dövlət Proqramı

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib - FOTO

Naxçıvanda dələduzluqla pulları mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb

Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib VİDEO

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib VİDEO

"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir – ŞƏRH