YOL-NƏQLİYYAT HADİSƏLƏRİ ÖLÜMLƏ NƏTİCƏLƏNMİŞDİR
AZƏRTAC xəbər verir ki, Göyçay rayonunun Cəyirli kəndinin sakini Laçın Həmidova məxsus “BMW” markalı avtomaşının aşması sürücü və 1 sərnişinin ölümünə səbəb olmuşdur. Xəsarət almış digər sərnişin xəstəxanaya yerləşdirilmişdir.
Qusar rayon ərazisində Xaçmaz rayon sakini Fikrət Yusifov idarə etdiyi “Mersedes-Benz” markalı avtomaşını ağaca vurmuşdur. Nəticədə Fikrət Yusifov hadisə yerində ölmüş, xəsarət almış sərnişin, Bakı şəhər sakini İslam Məmmədov isə xəstəxanaya çatdırılmışdır.
Faktlarla bağlı araşdırma aparılır.