Y.TEVDORADZE: “QEYRİ-GÜRCÜ QƏZETLƏRİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ ARTIRILMALIDIR”
Komitə sədri bildirmişdir ki, hazırda qeyri-gürcü dilində 3 qəzet “Gürcüstan” (Azərbaycan dilində), “Vrastan” (“Gürcüstan”, erməni dilində), “Svobodnaya Qruziya” (rus dilində) nəşr olunur ki, onların da hər birinin illik büdcəsi 20 min lari (11min dollar) təşkil edir. Y.Tevdoradze bu məbləğin qəzetlərin yalnız çap xərcinə kifayət etdiyini və əlavə bir neçə min lari artırılmasının vacibliyini demişdir.