Yüksək dağlıq ərazilərdə qarölçmə işləri davam edir
Bakı, 17 mart, AZƏRTAC
Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssis-hidroloqları tərəfindən hazırda Böyük Qafqazın Qəbələ və Qusar rayonlarının, Kiçik Qafqazın Göygöl və Laçın rayonlarının ərazisindən keçən çayların hövzəsində qarölçmə işləri davam edir.
Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev AZƏRTAC-a bildirib ki, Böyük Qafqazın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Quba rayonlarının ərazisində, Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa və Xocavənd rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində qarölçmə işləri başa çatıb.