Yumşaq polimer qablaşdırma məhsullarının istehsalı müəssisəsində işlərin təqribən 90%-i yekunlaşıb
Bakı, 9 fevral, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “AK PACK” MMC-nin yumşaq polimer qablaşdırma məhsullarının istehsalı müəssisəsində son tamamlama işləri görülür.
AZƏRTAC xəbər verir ki, hazırda müəssisədə avadanlıqların sınaq-sazlama işlərinə başlanılıb. Yaxın günlərdə isə xammal və hazır məsul anbarının tikintisinə start veriləcək.
İtaliya və Türkiyə texnologiyalarının tətbiq olunacağı müəssisədə iki istehsal xətti üzrə 20 çeşiddən çox məhsul istehsal ediləcək.
İnvestisiya dəyəri 7 milyon manatdan çox olan müəssisədə 35 nəfər daimi işlə təmin ediləcək. İstehsal olunan məhsulların daxili bazarda satışı ilə yanaşı, Orta Asiya, Yaxın Şərq və Avropa ölkələrinə ixracı da nəzərdə tutulur.
Qeyd edək ki, “AK PACK” MMC-yə 2022-ci ilin mayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Müəssisənin 2023-cü ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:18]
Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
- 09.10.2026 [15:23]
“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır
- 09.10.2026 [15:17]
Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb
- 09.10.2026 [14:41]
® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir
- 09.10.2026 [14:38]