Yunanıstanlı fermerlər traktorlarla Afinaya yürüş etmək niyyətindədir
Bakı, 16 fevral, AZƏRTAC
Yunanıstanlı fermerlər fevralın 20-də bütün ölkədə böyük etiraz aksiyası keçirəcəklərini elan ediblər.
AZƏRTAC xəbər verir ki, fermerlər Yunanıstan hökumətini ölkə boyu yolları bağlamaqla və fevralın 20-də traktorlarla paytaxt Afinaya yürüş etməklə hədələyiblər. Yunanıstan Kənd Təsərrüfatı Federasiyasının prezidenti Nikos Marudas mübarizəni davam etdirməkdən başqa seçimlərinin olmadığını bildirib.
Afina fermerlərin enerji xərclərini, həmçinin gübrə və yem üçün ƏDV faizlərini azaltmağı nəzərdən keçirəcəklərini vəd edib. Fermerlər üçün bir neçə min avro həcmində əlavə maliyyə subsidiyaları ayrılması da nəzərdə tutulur. Buna baxmayaraq, təklif olunan əlavə tədbirlər fermerləri qane etmir.
Aqrar sektorun nümayəndələri bu həftə ölkənin Baş naziri Kiriakos Mitsotakislə danışıqlar aparıblar. İki həftə əvvəl başlayan etirazları yumşaltmağa çalışan hökumət başçısı məhdud maliyyə imkanlarına baxmayaraq, məsləhətləşmələrə açıq olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]