YURİ LUJKOV ƏLAÇI TƏLƏBƏLƏRƏ YÜKSƏK TƏQAÜD VERİR
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, Baltikyanı ölkələrin ali məktəblərinin rus bölmələrində oxuyan 185 əlaçı tələbə noyabrın əvvəlindən Moskva merindən adambaşına 300 dollar alacaqdır. Moskva merinin təqaüdünə namizədləri hər bir ali məktəb nəzdində işləyən qəyyumluq şuraları seçirlər. Departamentdə bildirmişlər ki, burada başlıca meyar istedad, müvəffəqiyyət və maliyyə vəziyyətidir. Moskvanın yardımına ancaq “əla” oxuyanlar və həqiqətən, maddi dəstəyə ehtiyacı olanlar ümid bəsləyə bilərlər.
Moskva hökumətinin qərarı ilə bu il Azərbaycan, Ermənistan və Moldovanın ali məktəblərinin rus bölmələrində təhsil alan tələbələrə də merin təqaüdləri ödənilməyə başlanmışdır. MDB və Baltik ölkələrində rus dili və mədəniyyətinin öyrənilməsinin dəstəklənməsinə təkcə keçən il paytaxt büdcəsindən təxminən 60 milyon rubl ayrılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]