Yusif Abdullayev: Turizm sahəsi ECO ölkələri arasında qarşılıqlı fəaliyyətin ən vacib istiqamətlərindəndir
Şuşa, 2 iyul, AZƏRTAC
Turizm sahəsi İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ölkələri arasında qarşılıqlı fəaliyyətin ən vacib və perspektivli istiqamətlərindən biridir. ECO-ya üzv dövlətlər arasında tekstil sektoru da əməkdaşlığın inkişafı üçün cəlbedici istiqamətlər sırasındadır. Çünki təşkilatın bütün ölkələri bu sahədə böyük təcrübəyə malikdir.
AZƏRTAC xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Şuşada keçirilən 6-cı ECO biznes-forumunda çıxışı zamanı deyib.
İcraçı direktor ECO-nun Baş katibinin ölkələr arasında ticarətin təşviqi üçün strukturlar arasında mübadilə platformasının yaradılması təklifini yüksək qiymətləndirib: “Bu istiqamətdə tərəflər gələcək əməkdaşlıq üçün iş aparacaqlar. Bundan başqa, gələcəkdə birgə sərgilərin keçirilməsi də istisna deyil. Həmçinin növbəti görüşlərdə nəqliyyat-logistika əlaqələrinin inkişafı məsələsinə diqqət yetiriləcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:41]
Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb
- 07.08.2026 [19:14]
"Xocalı Ensiklopediyası"nın təqdimatı olub
- 07.08.2026 [18:05]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:11]
Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO
- 07.08.2026 [16:25]