ZAQATALADA ULU ÖNDƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ İDMAN YARIŞLARI KEÇİRİLİR
Ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar Zaqatalada idman tədbirləri, rayon birincilikləri davam edir.
Gənclər və idman idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, mayın 2-də Yuxarı Çardaxlar kənd stadionunda yeniyetmələr arasında sərbəst güləş üzrə rayon birinciliyi keçirilmişdir. 10 çəki dərəcəsi üzrə keçirilən yarışlarda 270 nəfərə yaxın idmançı iştirak etmişdir. Birinciliyin qalibləri gənclər və idman idarəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
Bir neçə gün əvvəl başa çatan ulu öndərin xatirəsinə həsr olunmuş cüdo üzrə açıq Zaqatala birinciliyinə isə yerli idmançılarla yanaşı, Şəki, Balakən və Qax rayonlarının, Bakının “Neftçi” və “İnter” klublarının, habelə Gürcüstanın Laqodexi rayonunun təmsilçiləri qatılmışlar. Zaqatala Olimpiya-İdman Kompleksində keçirilən turnirdə 350 nəfərə yaxın idmançı iştirak etmişdir.
Qaliblərə mükafatlar təqdim edilmişdir.
Hazırda Zaqatalada ümummilli liderin xatirəsinə həsr olunmuş futbol üzrə rayon birinciliyi davam edir. Birinciliyin final oyunu mayın 8-də keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:40]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]