ZAVODDA SON TAMAMLAMA İŞLƏRİ GÖRÜLÜR
Şirkətlər qrupunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dəyəri 80 milyon ABŞ dolları olan zavodda xaricdən gətirilən avadanlığın quraşdırılması başa çatmışdır. Hazırda inşaat və ətrafın abadlaşdırılması işləri sürətlə davam etdirilir. Elektron idarəetmə avadanlığının proqramlaşdırılması işləri də başa çatmaq üzrədir. Köməkçi sahələr istehsala hazırlanmış, emal olunacaq şəkər çuğunduru fermerlərdən alınaraq, xammal anbarlarına yığılmışdır. Yeni müəssisənin işə salınması İmişli və ətraf rayonların iqtisadi və sosial inkişafına təkan verəcək, bölgədə yaşayan əhalinin işlə təmin olunması imkanlarını artıracaqdır. Zavodun fevral ayının axırınadək istifadəyə veriləcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:59]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:47]
Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır
- 09.10.2026 [17:27]
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb
- 09.10.2026 [17:24]
Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir
- 09.10.2026 [16:18]
Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
- 09.10.2026 [15:23]