Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfər Günü milli ləyaqət rəmzimizdir

Zəfər Günü milli ləyaqət rəmzimizdir

Bakı, 3 noyabr, AZƏRTAC

Bir neçə gündən sonra ikinci ildönümünü qeyd edəcəyimiz 8 noyabr Zəfəri imkan verdi ki, tarixi ədaləti və beynəlxalq hüququ təmin edək. Tarixi ədalətə isə yalnız o zaman istinad etmək mümkün olur və bu, o vaxt xüsusi qürur hissi doğurur ki, xalq öz milli yaddaşını unutmur, onu yaşada bilir. Azərbaycan xalqı son iki əsrdə üzləşdiyi düşmənçiliyə, məruz qaldığı etnik təmizləmə cinayətlərinə baxmayaraq, tarixi yaddaşının silinməsinə imkan vermədi, onu qoruyub yaşada bildi. Halbuki bütün bu pislikləri Azərbaycana unutdurmaq üçün bədxahlarımız dövrlərin konyukturasına uyğun olaraq min bir cildə girməyi, ustalıqla pərdələnməyi, hətta “rənglərini dəyişməyi” də bacardılar.

Bu fikirlər Milli Məclisin deputatı Ülvi Quliyevin “Zəfər Günü milli ləyaqət rəmzimizdir” sərlövhəli məqaləsindən yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Çar Rusiyası dövründə ermənilərin məqsədli şəkildə tarixi Azərbaycan torpaqlarına köçürülməsinə başlanıldı. Rus xalqının tanınmış ziyalılarından biri, 1897-ci ildə Tiflisdə çıxan “Qafqaz” qəzetinin rəhbəri Vasiliy Veliçko “Qafqaz. Rus işi və tayfalararası məsələlər” kitabında belə yazırdı: “Bütün qafqazlılar bilirlər ki, ermənilər burada yerli xalq deyil. Onlar burada Türkiyədən və İrandan qaçqın kimi XIX yüzilliyin birinci yarısında peyda olublar”. Tarixi ərazilərimizdə etnik mənsubiyyətin dəyişdirilməsi və torpaqlarımızın özgəninkiləşdirilməsi siyasəti sovet imperiyası dövründə də davam etdirildi. SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarları ilə 250 mindən çox azərbaycanlı indi Ermənistan kimi tanınan tarixi torpaqlarımızdan deportasiya olundu. Mixail Qorbaçovun Sovet İttifaqının rəhbərliyinə gəlişi ilə Azərbaycana və azərbaycanlılara qarşı ayrı-seçkilik və düşmənçilik siyasəti daha geniş vüsət aldı. Məhz onun himayədarlığı altında 1988-ci ildə Qarabağda erməni separatçılığına rəvac verildi və bu dəfə 300 minə yaxın azərbaycanlı Ermənistandakı dədə-baba yurdlarından qaçqın düşdü. O zaman M.Qorbaçov və onun əsasən etnik ermənilərdən ibarət olan rəsmi ətrafı çox yaxşı bilirdilər ki, Heydər Əliyev SSRİ rəhbərliyində ola-ola, Azərbaycana qarşı məkrli planlarını həyata keçirmək onlar üçün çətin olacaq. Məhz buna görə imperiya riyakarlığı erməni bicliyi ilə birləşərək 1987-ci il oktyabrın 21-də ulu öndər Heydər Əliyevi SSRİ rəhbərliyindən kənarlaşdıra bildi. Təsadüfi deyil ki, Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan bu qərardan cəmi 25 gün sonra-noyabrın 16-da Fransada səfərdə olarkən “Humanite” qəzetinə müsahibəsində açıq-aydın bildirmişdi ki, “Dağlıq Qarabağ tezliklə Ermənistana birləşdiriləcək”. Müsahibədən heç üç ay keçməmiş - 1988-ci ilin fevralında erməni separatçıları Qarabağda açıq fəaliyyətə keçdilər. 34 illik zaman fərqinə baxmayaraq, Ermənistan və Fransa rəsmilərinin dilindən son günlər eşitməyə başladığımız bəyanatların mahiyyətcə üst-üstə düşməsi, əslində, təəccüb doğurmamalıdır. M.Qorbaçovun təşəbbüsü və rəhbərliyi ilə törədilmiş 1990-cı ilin Qanlı 20 Yanvarı, iki il sonra ermənilərin 366-cı rus alayının iştirakı ilə törətdiyi Xocalı soyqırımı xalqımızın iradəsini qırmağa və tarixi yaddaşını “öldürməyə” hesablanmışdı. Amma bacarmadılar. Çünki xalqımız, quruluşundan asılı olmayaraq, imperiyaların ona yaşatdığı iztirabların və mənəvi məhrumiyyətlərin qarşısında sınmadı, milli-mənəvi dəyərlərimizə bağlılığını, ədalətə və özünə olan inamını, eləcə də qan yaddaşını qoruyub saxlaya bildi.

Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra haqlı olaraq düşünürdük ki, dünya gücləri beynəlxalq hüququn və tarixi ədalətin tərəfində olub Ermənistanın işğalına son qoyacaq. Təəssüf ki, bu da baş vermədi. BMT kimi mötəbər beynəlxalq təşkilatın Azərbaycana aid olan məlum dörd qətnaməsi 27 il ərzində kağız üzərində qaldı. Amma onları saya salmayan işğalçı Ermənistana qarşı bir sanksiya belə tətbiq olunmadı. Halbuki indi Ukraynaya münasibətdə bunun tam əksini görürük. Prezident İlham Əliyev ötən ilin dekabrında, Brüsseldə İtaliyanın “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibədə son 30 ildə üzləşdiyimiz bu acı reallığı belə ifadə etmişdi: “Əgər Minsk qrupunun həmsədrləri- dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi. Onlar 28 il fəaliyyət göstərdilər. Təsəvvür edirsiniz?” Bu sualın arxasında bəzi böyük dövlətlərin ikili standartları, siyasi riyakarlığı, ölkəmizə qarşı ayrı-seçkiliyi və öz maraqlarını beynəlxalq hüquqdan üstün tutmaları dayanır. Ədalətinə və tərəfsizliyinə o vaxtlar inanmaq istədiyimiz keçmiş vasitəçilər qrupu, təəssüf ki, bu meyarları gözləyə bilmədi. İşğal faktı ortada ola-ola, Rusiya erməniləri pulsuz-parasız silahlandırmaqla məşğul oldu. Ermənistanın keçmiş prezidenti - Xocalı cəlladı S.Sarkisyanın özü etiraf edir ki, onun rəhbərliyi dövründə Ermənistana təmənnasız olaraq əlli min tondan yuxarı silah-sursat verilib. Fransa Prezidenti isə 44 günlük müharibənin elə ilk günlərində beynəlxalq hüquqla və tərəfsiz vasitəçiliklə heç cür uzlaşmayan bu bəyanatı vermişdi: “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”. Fransa Senatının qondarma “Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması haqqında” qətnamələri bu ölkənin tərəfsiz olmadığını bir daha ortaya qoydu. Bütün bunlara baxmayaraq, ikitərəfli münasibətlərin qorunmasına önəm verdiyimizə görə, bir daha xoş məram nümayiş etdirərək Praqa görüşünə qatıldıq. Bu görüş pozitiv nəticələrə müəyyən ümidlər yaratsa da, Fransa Prezidentinin az sonra verdiyi qalmaqallı müsahibəsi cəmiyyətimizdə daha böyük narazılığa səbəb oldu və ictimai inamsızlığın dərinləşməsinə yol açdı. Statusuna görə ABŞ-ın üçüncü rəsmi şəxsinin Yerevana səfəri və orada işlətdiyi “Dağlıq Qarabağ xalqı” ifadəsi isə erməni revanşistlərini xam xəyallara ümidləndirməkdən başqa bir şey deyildi. O da acı həqiqətdir ki, keçmiş vasitəçilərin hər üçü uydurma “erməni soyqırımı”nı tanıdığı halda, Xocalı soyqırımını onlardan heç biri indiyədək tanımayıb. Bu cür ayrı-seçkiliyin səbəbləri ilə bağlı cəmiyyətimizdə konkret cavablar və ya inandırıcı ehtimallar formalaşsa da, onları çox vaxt dilə gətirmirik. Çünki xalqımız, heç nəyə baxmadan, bəşəri dəyərlərə inamla yanaşır və həmin cavabları bu dəyərlərə yaraşdırmır. Bütün bunların üzərinə eyni dini dəyərləri bölüşdüyümüz və bu illər ərzində səmimi qonşuluq etdiyimiz, əksini düşünmək üçün heç bir əsas vermədiyimiz İranın açıq-aşkar ermənipərəst mövqeyi və bəzi rəsmilərinin anti-Azərbaycan ruhlu bəyanatları bir daha sübut edir ki, tarixi Zəfərimizi həzm etməyənlər cərgəsində bir müsəlman ölkəsi də var. Prezident İlham Əliyev məhz bu reallıqları nəzərə alaraq, Dünya Azərbaycanlılarının V Qurultayında cəmiyyətimizə xitabən belə demişdi: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq”.

Erməni lobbi təşkilatlarının ölkəmizə qarşı düşmənçiliyinin və Ermənistana havadarlıq edən dairələrin Azərbaycanla bağlı məkrli planlarının arxasında o qədər acı həqiqətlər dayanır ki, onların hamısını yalnız bir yazıda sadalamaq, sadəcə, mümkün deyil. Lakin bir məqamı qeyd etmək, zənnimcə, faydalı olardı. Keçmiş vasitəçi ölkələrin hər birinin ərazisində kompakt şəkildə yaşayan böyük erməni icmaları mövcuddur. ABŞ-da Kaliforniya, Fransada Marsel, Rusiyada isə Krasnodar və ya Soçi. Özü də onların sayı Qarabağdakı kimi təqribən 20-30 min deyil, on dəfələrlə çoxdur, sayları 400-500 minlə ölçülür. Böyük gürcü mütəfəkkiri İ.Çavçavadze vaxtilə Rusiya imperatoruna ünvanladığı məktubunda belə yazırdı: “Zati-aliləri, ermənilərin mərkəzi rus torpaqlarında məskunlaşdırılmasına icazə verməyin. Onlar elə bir qəbilədən çıxıblar ki, bir neçə on il orada yaşadıqdan sonra bütün dünyaya hay-küy salacaqlar ki, bu ərazilər onların atalarının, ulu babalarının torpaqlarıdır...”. Görəsən, ermənilər yaşadıqları bu ölkələrin hər birində nə vaxtsa ikinci-üçüncü erməni dövlətini yaratmaq istəsələr, həmin ölkələrin rəsmiləri indiki qədər “tolerantlıq” göstərərlərmi? Heç şübhəsiz ki, heç vaxt. Lakin o da var ki, belə suallar təsadüfən yaranmır. Bu gün Ukraynanın ərazi bütövlüyünə birmənalı dəstək verən, Ukraynada separatçı meyillərin yolverilməz olduğunu qətiyyətlə dilə gətirən kollektiv Qərb zamanında Azərbaycana eyni dəstəyi vermədi. Elə buna görə də Prezident İlham Əliyev noyabrın 1-də Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında ərəb dünyasına və dünya birliyinə bu mesajı göndərdi: “Bu, beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin öhdəliklərinə selektiv yanaşmadır... Bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır".

Son vaxtlar Rusiyanın dövlət televiziya kanallarında Qarabağla bağlı qərəzli və ziyanlı fikirlər səsləndirilir. Həmin fikirlər Soçi və Moskva bəyannamələrində əks olunan Kremlin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Cəmiyyətimizin haqlı narazılığına səbəb olan həm də budur ki, Qarabağın üzərində Azərbaycanın suverenliyini şübhə altına alanların sırasında qeyri-rəsmilərlə yanaşı, ən müxtəlif səviyyəli rəsmilərə də rast gəlmək mümkündür. Məhz bu səbəbdən, ölkəmiz bir müddət əvvəl etiraz Notası verməyə məcbur oldu. Lakin hələ də müxtəlif camiyələrdə və səviyyələrdə davam etdirilən belə fikirlər vadar edir ki, rus xalqının bir başqa görkəmli nümayəndəsinin zamanında dediklərini növbəti dəfə yada salaq. A.Qriboyedov 1819-cu ildə ermənilərlə bağlı Mazareviçə ünvanladığı məktubunda belə yazırdı: “Onlar heç biri məni tanımaq istəmirdilər. Ancaq həmişə qulağıma pıçıldayaraq deyirlər ki, biz ruslar onların gələcək himayədarlarıyıq. Sözdə belə deyirlər, ancaq bizi onları əzməyə hazır olan farslara satırlar”. Tutalım, Qribayedovun yazdıqlarını unudublar. Amma oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli görüşdən sonra Ermənistan baş nazirinin məhz Tehrana səfər etməsi, ən azından, Rusiyadakı ermənipərəst dairələri narahat etmirsə və ya onları düşündürmürsə, deməli, burada da mübhəm bir məsələ qalmır. N.Paşinyanın Vaşinqton, Paris, Brüssel, Moskva və Tehran arasında siyasi “vurnuxmasına” gəlincə, bunda da təəccüblü heç nə yoxdur. Erməni tarixçisi Gevorq Aslan 1914-cü ildə “Ermənistan və ermənilər” adlı kitabında bunları qeyd etmişdi: “Ermənilərin dövlətçilik ənənəsi olmayıb. Onlara vətən və siyasi bağlılıq anlayışları yaddır. Erməni patriotluğu yalnız məskunlaşdığı əraziyə bağlıdır”. Bu fikirləri bir başqası yox, soydaşlarını daha yaxşı tanıyan erməni tarixçisi yazıb. Elə buna görə də N.Paşinyanın ziqzaqvari, biri digərini təkzib edən siyasi gedişlərinə və səfərlərinə təəccüblənməyə dəyməz. Çünki Ermənistan de-yure müstəqilliyini bəyan etsə də, dövlətçilik ərkanını gerçək mənada formalaşdıra bilməyib, hələ ki, axtarışdadır. Amma bu axtarış da olmayan ənənəni qurmaq istəyindən irəli gəlmir, əksinə, bu, daha güclü və yeni beynəlxalq konyukturaya uyğun olan hami axtarışıdır.

Soçidə keçirilən elə həmin görüş dünya birliyinə onu da göstərdi ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın dövlət başçısı müstəqil ölkənin lideri və qalib xalqın Prezidentidir. Rusiya dövlət başçısı ilə təkbətək görüşdə Prezident İlham Əliyev məhz bu siyasi statusundan çıxış edərək ölkəmizin mövqeyini açıq mətnlə ifadə etdi: “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur”.

Bu fikirlər müstəqil dövlətçilik ənənəsi olan və istənilən gücün qarşısında yalnız ümumxalq maraqlarımızdan çıxış edən Azərbaycan Prezidentinə məxsusdur. Bu, 29 il əvvəl xalqımızın xilaskarlıq missiyasını üzərinə götürən və onu uğurla həyata keçirən ulu öndər Heydər Əliyev siyasi irsini tarixi Zəfər ucalığına yüksəltmiş Müzəffər Ali Baş Komandanın mövqeyidir. Azərbaycan xalqı Ulu Öndərin siyasi irsinə və bu irsi ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin qətiyyətli lider keyfiyyətlərinə inandığı üçün, 2020-ci ilin sentyabrında yumruq kimi birləşə bildi. Bu illər ərzində yürüdülən ordu quruculuğu siyasəti imkan verdi ki, yalnız qələbəyə köklənən Silahlı Qüvvələrimiz formalaşsın, Azərbaycan gəncliyi vətənpərvərlik və milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişsin. Məhz buna görə, 44 günlük Vətən müharibəsində gənclərimiz müharibənin əsas ağırlığını öz üzərinə götürdü, savaş meydanında qəhrəmanlıq göstərərək canlarını fəda etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin.

Cəmiyyətimiz artıq yaxşı bilir ki, tarixi Zəfərimizə mane olmaq istəyən qüvvələrin sayı az olmayıb. Bəzi dairələr Qələbəmizi indi də həzm edə bilmir və Azərbaycana qarşı məkrli planlarından əl çəkmirlər. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, biz təkcə Ermənistanla müharibə aparmamışıq. Ona görə də bu Zəfərin tarixi dəyəri düşündüyümüzdən və göründüyündən daha böyükdür. Bu Qələbə təkcə son 30 ildə deyil, iki əsr ərzində gözlədiyimiz, rəhbərlərimizdən umduğumuz ümidlərimizin gerçəkləşməsi, milli varlığımızın, hər birimizin, gələcək nəsillərin özünütəsdiqi deməkdir. Qələbəmizi bədxah və qısqanc dairələrdən qorumaq isə yenə də hər birimiz üçün Şərəf məsələsidir. Bunun üçün möhtəşəm birliyimizi Ermənistan və himayədarları ilə yanaşı, qısqanc dairələr də görüb xam xəyallara düşməməlidirlər. 8 noyabr Zəfəri müstəqil Azərbaycan dövlətinin baş tacıdır. Bu tac milli ləyaqətimizin yeni və əbədi rəmzidir. Zəfər Günümüz mübarək olsun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir