Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfər və Şərəf tariximizin başlandığı gün ŞƏRH

Zəfər və Şərəf tariximizin başlandığı gün  ŞƏRH

Bakı, 27 sentyabr, AZƏRTAC

İkinci Qarabağ müharibəsində həyatını itirən igid övladlarımızın xatirəsinin anılması kimi tariximizə və qan yaddaşımıza həkk olunan 27 Sentyabr Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə əbədiləşdirilib. Xalqımız artıq 4 ildir ki, şərəf və qəhrəmanlıq tariximizin başlanğıcı olan Anım Gününü alnıaçıq, üzüağ və qürurla qeyd edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

O bildirib ki, düz 4 il bundan əvvəl Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatı ilə başlayan müharibə 30 ildir həll edilməsi müşkül görünən problemi xeyrimizə tamamlamağa imkan verdi. Dünyanın gözü önündə, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq ərazilərimizi qəsb edən Ermənistan ona havadarlıq edən dairələrə güvənərək torpaqlarımızı daim işğal altında saxlayacağını güman edirdi. İşğalçı dövlət ona edilən böyük yardımlardan, Birinci Qarabağ müharibəsindəki qeyri-bərabər, haqsız döyüşdən ruhlanaraq özünün “yenilməz” orduya malik olması mifini bütün dünyaya yaymışdı.

Ərazisi işğala məruz qalan, maddi-mənəvi abidləri məhv edilən, bir milyona yaxın vətəndaşı məcburi köçkün vəziyyətinə düşən Azərbaycan dünyada bənzəri olmayan nəciblik göstərərək bu problemin danışıqlar, sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan edirdi. Beynəlxalq hüququn da tərəfimizdə olmasına baxmayaraq, ölkəmiz təmkin nümayiş etdirir, təcavüzkar dövlətin müzakirə masasına gələcəyini gözləyirdi. Lakin öz mənfur xislətinə sadiq qalan Ermənistan torpaqlarımızı tərk etmək niyyətində deyildi, sadəcə, vaxt uzadaraq ərazilərimizdə möhkəmlənməyə çalışırdı, mütəmadi olaraq keçmiş təmas xətti adlanan ərazidə təxribatlar törədirdi.

Bu cür təxribatlardan biri də 2016-cı ildə baş verdi. Təxribatın qarşısının alınması məqsədilə başladılan uğurlu əks-hücum əməliyyatı Azərbaycana çox mühüm psixoloji qələbə qazandırdı. Bununla da Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi. Dördgünlük döyüşlərin əks-sədası isə bütün dünyaya yayıldı və Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması bir daha beynəlxalq ictimaiyyətə xatırladıldı və məğlubedilməz ordu mifi yerlə bir oldu”.

Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə formalaşdırılmış Milli Ordumuzun Prezident İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu deyən deputat, həmçinin vurğulayıb: “Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, ordumuzun ən müasir silah və texnika ilə təchizatı istiqamətində təxirəsalınmaz təbirlər görüldü. Azərbaycan Silahlı Qüvvələri ildən-ilə güclənərək regionun ən qüdrətli ordusuna çevrildi. Dövlətimizin başçısının uzaqgörən, uğurlu siyasəti artıq Azərbaycanı öz məqsədlərinə, tarixi Qələbəyə addım-addım yaxınlaşdırırdı. Beləliklə, 2020-ci ildə başlayan Vətən müharibəsi regionun arxitekturasını dəyişməklə bərabər, xalqımızın 30 illik arzularını, yurd həsrətini, həmçinin tarixi ədaləti bərpa etdi. Ölkəmizə qarşı yönələn bütün təzyiqlərə baxmayaraq, Azərbaycan Ordusu üzərinə düşən vəzifəni şərəflə, ləyaqətlə yerinə yetirdi. Xalq-iqtidar-ordu birliyi Zəfərimizin 44 gündə tamamlanmasına öz töhfəsini verdi. Hər kənd, hər qəsəbə, hər rayon və şəhər uğrunda qanlı döyüşlər uzun illərin məhrumiyyətini, acısını unutdurmaqla bərabər, düşməndə ruh düşkünlüyü yaratdı, bu da döyüşlərin tez bitməsinə səbəb oldu. Nəhayət 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu, Ağdam, Kəlbəcər və Laçın döyüşsüz boşaldıldı və Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Lakin üçtərəfli Bəyanata əsasən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan qanunsuz silahlı birləşmələrini ərazilərimizdən çıxarmadı, hətta yeni döyüş mövqeləri yaratdı, torpaqlarımızı minalamağa davam etdi. Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi. Buna görə də Azərbaycan Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başladı və bir gündən də az müddətdə separatçılar təslim oldu. Beləliklə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun əzmi, gücü, şücaəti sayəsində ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu, respublikanın bütün ərazisində Azərbaycanın Dövlət Bayrağı dalğalandırıldı”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub  YENİLƏNİB

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH

Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Fransada 2027-ci il üzrə büdcə müzakirələri: hökumət 5 faizlik kəsir həddini qorumağa çalışır

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub

AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər

“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNƏCƏK

Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır

Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb

Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidirlər? – Mütəxəssisdən tövsiyələr

İşgüzar mühit və peşə mədəniyyəti: müəllimlərin geyim qaydaları tənzimlənir

Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasiya buraxılır

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb

Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb YENİLƏNİB

BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir

NASA-nın roveri Marsda sübh şəfəqinin şəklini çəkib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Çex nazir: Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Şahin Babayev: Məqsədimiz regional logistika mərkəzinə çevrilməkdir

“ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür

Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon dollar olub

Azərbaycanın dövlət borcu iqtisadi siyasət üçün mövcud fiskal manevr imkanlarının göstəricisidir ŞƏRH

Mareska Premyer Liqada ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü baş məşqçi olub

Radek Spicar: Azərbaycanın bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyirik

Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti

Bu il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub

Nazir: Səudiyyə Ərəbistanı istənilən şəraitdə fasiləsiz neft tədarükünü təmin edəcək

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Dağ velosipedi üzrə ölkə kubokunun 3-cü mərhələsinin qalibləri bəlli olub

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj VİDEO

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj VİDEO

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq