Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfərdən zəfərə: Azərbaycan idmanının 2025-ci il salnaməsi

Bakı, 30 dekabr, AZƏRTAC

Başa çatmaqda olan 2025-ci il Azərbaycan idmanında böyük uğurlar və ilklərlə yadda qaldı.

AZƏRTAC xəbər verir ki, bu il ölkəmizdə genişmiqyaslı tədbirlər, bir çox idman növləri üzrə dünya və Avropa çempionatları, Dünya Kuboku və Qran-Pri yarışları yüksək səviyyədə təşkil olundu. İdmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsi olaraq, bu il də dünyanın idman nəbzi Azərbaycanda döyündü.

Bölgələrdə beynəlxalq turnirlərin yüksək səviyyədə təşkili göstərdi ki, Azərbaycan nüfuzlu yarışları yalnız paytaxt Bakıda deyil, idman infrastrukturu olan regionlarda da qəbul etməyə tam hazırdır.

İdman yarışlarının təşkilində böyük təcrübəyə malik olan Azərbaycanda bu il keçirilən nüfuzlu yarışlar ölkəmizin qüsursuz təşkilatçılıq bacarığını bütün dünyaya nümayiş etdirdi. Beynəlxalq yarışlarda qazanılan qələbələr və medallar isə Azərbaycanın bir daha idman ölkəsi olduğunu təsdiqlədi.

AZƏRTAC 2025-ci ildə Azərbaycan idmanında baş vermiş ən yaddaqalan hadisələri xronoloji ardıcıllıqla təqdim edir.

Qəbələ–Xankəndi ultramarafonu: Qələbəyə aparan 192 kilometrlik yol

Bu il də Vətənimizin rəmzinə çevrilən Xankəndi şəhəri növbəti mötəbər idman tədbirinə ev sahibliyi etdi. Qəbələ–Xankəndi ultramarafonu çərçivəsində iştirakçılar 192 kilometr məsafəni qət etdilər. Marafon “İdman Paytaxtı” statusuna malik Qəbələ şəhərindən start götürərək, Xankəndidə möhtəşəm finişlə başa çatdı. Ultramarafon iştirakçıları Xankəndi şəhərinin mərkəzi meydanında böyük coşqu ilə qarşılandı, qaliblər xüsusi təntənə ilə mükafatlandırıldılar. Ultramarafonun təşkili regionda idman həyatının canlanmasına, gənclərin fiziki fəallığının artırılmasına, eləcə də Xankəndinin mədəni və sosial inteqrasiyasına mühüm töhfə verir.

Minifutbol üzrə dünya çempionatı: Doğma divarlar arasında yazılan tarix

May-iyun aylarında Bakı minifutbol üzrə dünya çempionatına uğurla ev sahibliyi etdi. Milli Gimnastika Arenasında keçirilən mundial yığmamızın möhtəşəm zəfəri ilə nəticələndi. Azərbaycan milli komandası turnirin finalında Macarıstanı 4:2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə dünya çempionu oldu. Turnir rekordlarla yadda qaldı. Belə ki, Azərbaycan və İngiltərə yığmaları arasında keçirilən 1/4 final matçını stadiondan 7007 tamaşaçı izlədi. Bu rəqəm minifutbol üzrə dünya və Avropa çempionatları tarixinə ən çox azarkeş toplayan oyun kimi düşdü. Bu qələbədən sonra Azərbaycan həm minifutbol üzrə Avropa (2022), həm də dünya (2025) çempionu titulunu qazanmış nadir ölkələrdən birinə çevrildi. Turnirin Bakıda keçirilməsi ölkədə minifutbola marağı xeyli artırdı. Yerli azarkeşlərin böyük dəstəyi ilə millimizin öz meydanında dünya çempionluğunu qazanması Azərbaycan idman tarixinə ən parlaq səhifələrdən biri kimi yazıldı.

Bakı Kristal Zalında dünyanın ən yaxşı və adrenalinli döyüş turniri

Bakıda keçirilən ilk UFC (Ultimate Fighting Championship) turniri 2025-ci ilin ən səs-küylü idman hadisələrindən biri oldu. İyunun 21-də Bakı Kristal Zalında baş tutan bu turnir Azərbaycanın MMA tarixində tamamilə yeni səhifə açdı. Azərbaycanlı döyüşçü Rafael Fiziyev çilili İqnasio Bahamondes üzərində inamlı qələbə qazanaraq doğma azarkeşləri sevindirdi. Digər təmsilçimiz Nazim Sadıxov braziliyalı Nikolas Mottaya qarşı döyüşdü və rəqibini 2-ci raundda nokautla məğlub edərək gecənin ən yadda qalan performanslarından birini nümayiş etdirdi. Tanınmış döyüşçümüz Tofiq Musayev UFC-dəki ilk döyüşünə məhz Bakıda çıxdı, lakin qırğızıstanlı Mıqtıbek Orolbaya məğlub oldu. Döyüş gecəsi üçün Bakıya gələn UFC prezidenti Dana Uayt turnirin təşkilatçılığından heyranlığımı gizlətmədi. Kristal Zalda keçirilən turniri 14 000-dən çox tamaşaçı izlədi. Bu, ölkəmizdə MMA-ya olan marağın nə qədər yüksək olduğunu göstərdi.

“Qarabağ” Avropada tarixi uğurunu təkrarladı

"Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın "Ferensvaroş" komandasını iki görüşün nəticəsinə əsasən üstələyərək, tarixində ikinci dəfə turnirin əsas mərhələsinə vəsiqə qazandı. Yeni formata əsasən, 36 komandanın mübarizə apardığı liqa mərhələsində Ağdam təmsilçisi hələlik 2 qələbə əldə edib. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Portuqaliya “Benfika”sına 3:2, Danimarka “Kopenhagen”inə 2:0 hesabı ilə qalib gəlib. "Köhlən atlar", həmçinin İngiltərənin "Çelsi" klubu ilə heç-heçə (2:2) edərək aktivinə 7 xal yazdırıb və 22-ci pillədə qərarlaşıb. Komandanın 2026-cı ilin yanvarında evdə Almaniyanın “Ayntraxt”" və səfərdə İngiltərənin "Liverpul" kollektivləri ilə iki vacib oyunu qalıb. Bu nailiyyət göstərdi ki, Azərbaycan çempionu illərdir sistemli inkişaf hesabına Avropanın güclü komandaları ilə eyni meydanda mübarizə apara bilir. “Qarabağ”ın uğuru yerli futbolçulara və klublara inam hissi aşıladı, azarkeşlər üçün isə futbolun ölkə daxilində necə böyük birləşdirici gücə malik olduğunu bir daha sübut etdi.

Sürət və rekordlarla dolu Formula 1 Azərbaycan Qran-Prisi

Bakı küçələri bu il də Formula 1 Azərbaycan Qran-Prisinin həyəcanını yaşadı. Sentyabrın 19-21-də keçirilən bu yarış həm nəticələri, həm də bir neçə maraqlı hadisəsi ilə yadda qaldı. Küləkli hava və gözlənilməz qəzalar həm azarkeşlər, həm də komandalar üçün adrenalin dolu bir həftəsonu yaşatdı. “Red Bull"un pilotu Maks Ferstappen Bakıda ikinci qələbəsini qazandı. Karlos Sayns "Uilliams" komandasına uzun illərdən sonra ilk podium sevincini məhz Bakıda yaşatdı. Sıralama turları zamanı qəzalar və müxtəlif səbəblərdən 6 dəfə qırmızı bayraq dalğalandı ki, bu da Formula 1 tarixində rekord kimi qeydə alındı. Bakı Şəhər Halqası qeydə alınan nəticələrlə təqvimdəki ən çətin treklərdən biri olduğunu göstərdi.

Yeddi şəhərdə keçirilən III MDB Oyunları

İlin ən mühüm idman hadisələrindən biri də ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunları oldu. İstər yarışın təşkilatçılığı, istərsə də idmançılarımızın uğurlu çıxışları idman tariximizdə parlaq səhifə açdı. Azərbaycan ilk dəfə olaraq multiidman yarışını paytaxtda deyil, 7 müxtəlif şəhərdə qəbul etdi. Bu Oyunlarda ölkəmizi 23 idman növünün hamısında təmsil edən idmançılarımız bayrağımızı 184 dəfə yüksəltdi, himnimizi 33 dəfə səsləndirdilər. Ümumi komanda hesabında ilk dəfə olaraq Azərbaycan ikinci yeri tutdu. Belə genişmiqyaslı multidman yarışının uğurla keçirilməsi Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etmək bacarığını və idman ölkəsi kimi nüfuzunu daha da möhkəmləndirdi.

“Dünyanın İdman Paytaxtı” seçilən Bakının qlobal idman zirvəsinə yüksəlişi

Bakının 2026-cı il üçün “Dünyanın İdman Paytaxtı” seçilməsi Azərbaycanın illərdir apardığı ardıcıl idman siyasətinin ən yüksək zirvələrindən biridir. Bu nüfuzlu statusu qazanmaq üçün paytaxtımız Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) çox ciddi meyarlarından uğurla keçdi. Seçim prosesində Bakının müasir idman infrastrukturu ilə yanaşı, əhalinin sağlam həyat tərzinə cəlb olunması dərəcəsi də həlledici rol oynadı. Bu hadisə Bakını rəsmən Madrid, Budapeşt və Marsel kimi şəhərlərin yer aldığı elit siyahıya daxil etdi. 2026-cı il boyunca şəhərimiz təkcə peşəkar turnirlərin deyil, həm də minlərlə insanın qatıldığı kütləvi idman festivallarının meydanına çevriləcək. Bu, Bakıya turist axınını gücləndirəcək, şəhərin qlobal miqyasda tanıdılmasına yeni nəfəs gətirəcək.

Azərbaycan başa çatmaqda olan 2025-ci ildə çövkən üzrə “Super Kubok”, gimnastikanın dörd növü üzrə Dünya Kuboku, Formula 1 üzrə Azərbaycan Qran-Prisi, cüdo üzrə Böyük Dəbilqə turniri, bədii gimnastika üzrə Avropa Kuboku, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı Marafonu, fiqurlu konkisürmə üzrə Qran-Pri, şahmat üzrə "Vüqar Həşimov-2025" Memorialı, aerobika gimnastikası üzrə Avropa çempionatı kimi beynəlxalq yarışlara da uğurla ev sahibliyi etdi.

Azərbaycan idmançılarından dünya arenasında medal yağışı

İl ərzində idmançılarımız dünya və qitə çempionatlarında, Dünya Kubokları, Qran-Prilər və digər beynəlxalq yarışlarda uğurla çıxış edərək 613-ü qızıl, 616-sı gümüş və 884-ü bürünc olmaqla, ümumilikdə 2113 medal qazanaraq indiyədək olan ən yüksək nəticəyə imza atdılar. Artıq ikinci dəfədir ki, ölkəmiz Gimnaziyada İdman Oyunlarında geniş tərkibdə təmsil olundu. Bu dəfə Serbiyada keçirilən yarışda rekord sayda – 291 idmançı ilə təmsil olunan ölkəmiz uğurla çıxış edərək 85 medal qazandı. Almaniyada gerçəkləşən XXXII Ümumdünya Yay Universiadasında bədii gimnastika üzrə qrup hərəkətləri komandamız müxtəlif proqramlarda 2 qızıl və 1 gümüş medal qazanaraq Oyunlar tarixində uğurlu debüt etdi. Cüdo komandamız isə yarışda gümüş mükafata sahib çıxdı. Komandamız ötən Universiada ilə müqayisədə ümumi sıralamada 14 pillə irəliləyişə nail olaraq 24-cü yerə yüksəldi. Yay mövsümünün mühüm multiidman yarışlarından biri olan Avropa Gənclər Yay Olimpiya Festivalı bu dəfə Şimali Makedoniyada keçirildi. Maraqlı hal odur ki, gənc idmançılarımızın bu dəfə qazandığı medalların sayı və əyarı 2023-cü ildəki nəticəmizlə eyni oldu – 3 qızıl, 3 gümüş, 4 bürünc medal. İlk dəfə olaraq Azərbaycan Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil olundu. Burada da idmançılarımız uğurla çıxış edərək 4-ü qızıl, 2-si gümüş və 7-si bürünc olmaqla 13 medal əldə etdilər. Digər sevindirici xəbər Azərbaycan İdman Akademiyasının tələbələrindən gəldi. Komanda tarixdə ilk dəfə olaraq, universitetlər arasında futzal üzrə Avropa çempionu oldular. Səudiyyə Ərəbistanında təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında isə Azərbaycanı 20 idman növü üzrə 169 idmançı təmsil etdi və komandamız 9-u qızıl, 19-u gümüş və 31-i bürünc olmaqla ümumilikdə 59 mükafata yiyələndi. İdmançılarımız əyara görə 10-cu, medal sayına görə 4-cü oldular.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb