Zəif yeraltı təkanların baş verməsi müsbət haldır
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan seysmoaktiv zonada yerləşir, tez-tez yeraltı təkanlar qeydə alınır. Buna görə də respublika ərazisində aktivlik müşahidə olunduğunu söyləmək düzgün olmaz. Əslində maqnitudası az olan belə zəlzələlərin baş verməsi müsbət haldır. Çünki yerin daxilində enerji boşalması baş verir. Əgər uzun müddət, yəni aylarla, illərlə yeraltı təkanlar olmazsa, o zaman zəlzələlər daha təhlükəli xarakter alar. Uzunmüddətli süstlükdən sonra yığılan gərginlik litosfer parçalanan zaman daha dağıdıcı təsirlərə səbəb olur.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.
Baş direktor bildirib ki, mərkəz maqnitudası 3 baldan yuxarı olan, hiss edilən və edilməyən yeraltı təkanlar haqqında informasiyaları cəmiyyətə çatdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]