DÜNYA
Zelenski: Ukrayna Avropa Komissiyasının yeni tərkibi dövründə Aİ-yə üzv ola biləcək
Kiyev, 28 noyabr, AZƏRTAC
Ukrayna Avropa Komissiyasının, mandatı beş il davam edəcək yeni tərkibinin fəaliyyəti dövründə Avropa İttifaqına (Aİ) üzv ola biləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski X hesabında yazıb.
Dövlət başçısı Prezident Ursula Fon der Lyayenin rəhbərlik etdiyi Avropa Komissiyasının yeni tərkibinin Avropa Parlamenti tərəfindən təsdiqini alqışlayıb.
Zelenski Avropa Komissiyasının yeni tərkibinə vahid Avropanın möhkəmləndirilməsində və Aİ-nin qlobal lider kimi rolunun gücləndirilməsində uğurlar arzulayıb. O, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı əsas məsələlər üzrə əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev