“Zəlzələ zamanı davranış qaydaları” layihəsi çərçivəsində maarifləndirmə tədbirləri davam edir
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) “Zəlzələ zamanı davranış qaydaları” layihəsi çərçivəsində maarifləndirmə tədbirləri davam edir.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, növbəti maarifləndirmə tədbiri Bakı şəhəri, Nizami rayonu 129 saylı tam orta məktəbin şagirdləri üçün keçirilib. Tədbirdə RSXM-in makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev və mərkəzin əməkdaşları - Afaq Ağazadə, Leyla Aşurova məktəblilərə zəlzələ, onların baş vermə səbəbləri və zəlzələ zamanı davranış qaydaları haqqında ətraflı məlumat veriblər. Daha sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Silsilə tədbirlər davam etdiriləcək.