Zəngilan rayonunun Hacallı kəndi
Bakı, 14 oktyabr, AZƏRTAC
Zəngilan rayonunun Hacallı kəndi düzənlik ərazidə yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.
Hacallı kəndində XIV əsrə aid Hacallı dairəvi bürcü, XIX əsrə aid körpü və Hacallı günbəzi olub. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Hacallı kəndi şanlı Vətən müharibəsində düşməni darmadağın edən qəhrəman Azərbaycan Ordusu tərəfindən 2020-ci il oktyabrın 21-də işğaldan azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kəndin görüntülərini təqdim edir.