Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəngilanda hava limanının açılması bölgənin parlaq gələcəyinin müjdəsidir

Zəngilanda hava limanının açılması bölgənin parlaq gələcəyinin müjdəsidir

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan xalqının qəhrəmanlıq dastanı olan “Dəmir yumruq” əməliyyatının əhəmiyyətli hissələrindən biri də Zəngilanın Ermənistan işğalından azad olunmasıdır. Bu, Vətən müharibəsi dövründə Silahlı Qüvvələrimizin həyata keçirdiyi ən sürətli və qısa zamanda Qələbə ilə başa çatan əməliyyatı kimi Zəfər tariximizin parlaq səhifəsidir. Zəngilanın erməni işğalçılarından təmizlənməsi düşməni xeyli sarsıtdı, təcavüzkar orduda ruh düşkünlüyünü artırdı, məğlubiyyətlərini sürətləndirdi. Azərbaycan Ordusunda və xalqında isə qələbəyə olan inamı möhkəmləndirdi, digər rayonlarımızın da işğaldan qurtarılmasına yol açmış oldu. Bu məqamda mən əməliyyatın əsas iştirakçısı olan Sərhəd Qoşunlarımızın fədakarlığını xüsusi qeyd etmək istərdim. Onlar göstərdikləri şücaətlə bir daha təsdiqlədilər ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növləri və birləşmələri peşəkar səviyyədə istənilən əməliyyatı uğurla başa çatdırmağa qadirdirlər. Sərhədçilərimizin yüksək döyüş qabiliyyəti və əzmkarlığı sayəsində İranla dövlət sərhədimiz bərpa edildi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, ermənilərin vəhşilikləri, vandal hərəkətləri bu rayondan da yan keçməyib, düşmən uzun illər burada talançılıqla, xislətlərinə uyğun olan dağıntılarla məşğul olublar: “Hətta ekoloji terrora da əl atıblar. Azərbaycan isə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə buranı bərpa edir, əvvəlki halından da daha gözəl vəziyyətə gətirilməsi istiqamətində fəal iş aparılır. Artıq bunun bəzi real nəticələri ortadadır. Yeri gəlmişkən, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 19-da bölgəyə - Cəbrayıl və Qubadlıya səfərlərini qeyd etmək istərdim. Burada dövlətimizin başçısı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun Şükürbəyli-Cəbrayıl hissəsinin açılışını etdi, Cəbrayıl Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə və Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə mərkəzlərinin, həmçinin Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlini qoydu. Eləcə də dövlətimizin başçısı və birinci xanım bu rayonlarda görülən işlərlə, həyata keçirilən layihələrlə tanış oldular. Qısa müddət ərzində görülən bu cür genişmiqyaslı işlər ölkəmizin iqtisadi qüdrətinin nümayişi ilə yanaşı, həm də yenidən qurulan bölgənin işıqlı gələcəyindən xəbər verir. Təbii ki, artıq icrasına start verilmiş Böyük Qayıdışın tam reallaşması üçün infrastrukturun yaradılması, sosial obyektlərin inşası son dərəcə vacib məqamdır. Dövlətimiz bu istiqamətdə plana uyğun olaraq, sistemli və sürətli qaydada işləri ən yüksək səviyyədə davam etdirir. Qubadlıda, o cümlədən digər işğaldan azad edilmiş ərazilərdə İşğal və Zəfər muzeylərinin yaradılması mühüm layihələrdən biridir. Sakinlər, bölgəyə səfər edəcək qonaqlar və turistlər, həmçinin gələcək nəsillər bu muzeylər sayəsində Ermənistanın işğal əməlləri, törətdikləri hərbi cinayətlər, vəhşiliklər, eləcə də yenilməz Azərbaycan Ordusunun rəşadəti, qəhrəmanlıqları ilə ətraflı tanış ola biləcəklər”.

“Davamlı olaraq Şərqi Zəngəzura və Qarabağa səfərlər edən, görülən işlərə bilavasitə özü nəzarət edən dövlətimizin başçısı İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə işğaldan azad edilməsinin ikinci ildönümündə Zəngilanda oldular. Burada Arximed turbini tipli Su Elektrik Stansiyası işə salındı, ilk yaşayış binasının və məktəbin təməlqoyma mərasimi baş tutdu. Prezidentin Ağalı kəndinə səfərini xüsusilə qeyd etmək istərdim. Bilirik ki, Prezident İlham Əliyev respublikamızın rayonlarına səfər edərkən vətəndaşlarla görüşür, söhbətlər aparır. Burada da elə oldu. O, öz ata-baba yurduna qayıdan ağalılarla görüşdü, səmimi söhbətlər apardı, fotolar çəkdirildi. Həmin məqamları izləyərkən mənim diqqətimi kənd sakinlərinin simasındakı xoşbəxt təbəssüm daha çox çəkdi. Artıq məcburi köçkün həyatının ağrılarından, el həsrətindən xilas olan sakinlər öz yurdlarında böyük sevinc və fərəh hissi ilə yaşayırlar”, - Milli Məclisin deputatı deyib.

“Dövlətimizin başçısının rayona səfəri çərçivəsində öz möhtəşəmliyi ilə yadda qalan, bölgənin hərtərəfli inkişafına stimul verəcək, nəqliyyat-logistika imkanlarını daha da genişləndirəcək Zəngilan Beynəlxalq Hava Limanının açılışı oldu. Bu əlamətdar tədbirdə dost və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı, Prezident İlham Əliyevlə bərabər hava limanının rəmzi açılışını bildirən lenti kəsməsi bir daha bəyan edir ki, Azərbaycan və Türkiyə dar gündə də, şad gündə də biri-birinin yanındadır. Bunun heç bir izahı yoxdur, bu yalnız qardaşlıq duyğularının təcəssümüdür. Tarixən belə olub, indi də belədir, heç kimdə şübhə yoxdur ki, bu, gələcəkdə də belə olacaq. Çünki burada söhbət qan qardaşlığından, bir atanın, bir ananın övladlarından gedir. Həm Prezident İlham Əliyev, həm də Rəcəb Tayyib Ərdoğan iki qardaş ölkəni və onların xalqlarını biri-birinə daha da yaxınlaşdırdılar, əlaqələrini genişləndirdilər. Məhz bu, gələcək nəsillər üçün böyük bir nümunədir”, - deyə S.Möhbalıyev vurğulayıb.

“Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını etdilər. Əminəm ki, kompleks bölgədə kənd təsərrüfatının inkişafında, sakinlərin məşğulluğunun təmin olunmasında, həm də hər iki ölkənin ərzaq təchizatında mühüm rol oynayacaq. Eləcə də Cəbrayılda yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksi Şərqi Zəngəzurun və Qarabağın dirçəlişinə, daimi iş yerlərinin açılmasına, bu sahədə mütəxəssislərin yetişməsinə, meşə təsərrüfatının genişlənməsinə gətirib çıxaracaq”, - deyə AHİK sədri əlavə edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası