İDMAN
“Zenit” klubu ardıcıl dördüncü dəfə Rusiya çempionu olub
Bakı, 1 may, AZƏRTAC
Sankt-Peterburqun “Zenit” futbol klubu Rusiya Premyer Liqasının 27-ci turu çərçivəsində “Lokomotiv Moskva”nı 3:1 hesabı ilə məğlub edib. Bu qələbədən sonra klub çempionluğunu rəsmiləşdirib.
AZƏRTAC xəbər verir ki, xallarının sayını 61-ə çatdıran “Zenit” turnir cədvəlində yaxın izləyiciləri üçün əlçatmaz olub. Belə ki, turnir cədvəlində ikinci pillədə qərarlaşan “Dinamo”nun hesabında 52 xal var və çempionatın bitməsinə 3 tur qalıb. “Dinamo” xalları bərabərləşdirəcəyi təqdirdə, şəxsi oyunlara görə Sankt-Peterburq təmsilçisindən geri qalacaq.
“Zenit” ardıcıl dördüncü, ümumilikdə isə səkkizinci dəfə Rusiya çempionu adını qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.09.2024 [17:24]
Azərbaycan klubu beş basketbolçu ilə yollarını ayırıb
- 11.09.2024 [17:10]
Zaqreb Qran-Prisində iştirak edəcək Azərbaycan cüdoçuları dəqiqləşib
- 11.09.2024 [16:36]
“Sərhədçi” heyətini amerikalı basketbolçu ilə gücləndirib
- 11.09.2024 [16:02]
Azərbaycan Dünya Köçəri Oyunlarında növbəti medalı əldə edib
- 11.09.2024 [15:56]
Azərbaycan klubu daha bir amerikalı basketbolçunu transfer edib
- 11.09.2024 [15:03]
Azərbaycan Dünya Köçəri Oyunlarında dördüncü medalını qazanıb
- 11.09.2024 [14:54]
Maks Ferstappen: Bakı bolidi idarə etmək üçün çətin trekdir
- 11.09.2024 [13:28]