Zərdabda növbəti ağacəkmə aksiyası keçirilmişdir
Zərdab, 9 mart (AZƏRTAC). Zərdabda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi şərəfinə 90 min ağac əkmək barədə irəli sürülmüş təşəbbüs çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, hər dəfə olduğu kimi, budəfəki aksiyada da idarə, müəssisə və təşkilatlardan, xüsusilə təhsil, səhiyyə və mədəniyyət ocaqlarından minlərlə könüllü iştirak etmişdir.
Zərdab-Ucar yolunun kənarında, təbii fəlakətdən zərər çəkmiş ailələr üçün yeni salınmış qəsəbədə, Heydər Əliyev parkında və digər sahələrdə əkilən ağacların sayı artıq 70 minə çatmışdır. Əkində əsasən sərv, küknar, şam və türk qovağı növündən olan ağac şitillərindən istifadə edilmiş, habelə 5 mindən çox gül kolu və çiçək əkilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq may ayınadək davam edəcək aksiyada rayon mərkəzində, Zərdab-Ucar, Zərdab-Mollakənd, Zərdab-Ağcəbədi yollarının kənarında, həmçinin 42 kənd yaşayış məntəqəsinin ərazisində daha 20 min ədəd ağac əkiləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [14:54]
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
- 16.06.2026 [12:54]
Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq
- 16.06.2026 [10:14]