“Zirə”nin sabiq futbolçusu Mərkəzi Afrika Respublikasının rəmzi komandasında yer alıb
Bakı, 7 sentyabr, AZƏRTAC
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Mərkəzi Afrika Respublikasının futbol tarixinin rəmzi komandasını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, heyətdə Azərbaycanın “Zirə” klubunda çıxış etmiş David Manqa da yer alıb.
Otuz iki yaşlı yarımmüdafiəçi 2017-ci ilin iyulundan 2018-ci ilin yanvarınadək qəsəbə təmsilçisində çıxış edib.
Heyətdə qapıçı - Joffrey Lembe, müdafiəçilər - Kelli Yuqa, Anqe Uefio, Cedrik Yambere, Manasse Ensa-Yamissi, yarımmüdafiəçilər - David Manqa, Eloq Ensa-Yamissi, Joffrey Kondoqbia, Foksi Kethevama, hücumçular - İbrahim Bohari və Habib Habibu yer alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]