ZİRVƏ GÖRÜŞÜ İŞTİRAKÇILARININ ŞƏRƏFİNƏ
İyunun 19-da Azərbaycan Prezidenti İlham Əliyevin adından Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-ın üzvü olan ölkələrin dövlət başçılarının Bakıda keçirilən ikinci zirvə görüşü iştirakçılarının şərəfinə rəsmi nahar verilmişdir.
Prezident İlham Əliyev dövlət və hökumət başçılarını, digər qonaqları və nümayəndə heyətlərini salamlamışdır.