Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ziyafət Əsgərov: Praqa görüşündə əsaslı irəliləyişlər əldə olunub

Ziyafət Əsgərov: Praqa görüşündə əsaslı irəliləyişlər əldə olunub

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da Praqa şəhərində keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilən dördtərəfli görüş və görüşdən sonra qəbul edilən Bəyanat göstərir ki, Ermənistanla sülh müqaviləsi bağlanması istiqamətində ciddi irəliləyişlər var. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makron tərəfindən təşkil edilmiş, Prezident İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın da iştirak etdiyi görüş sübut edir ki, ümumilikdə sülh prosesi ilə bağlı son vaxtlar daha nikbin ab-hava mövcuddur.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri diqqətə çatdırıb ki, dördtərəfli görüşün sonunda qəbul edilən Bəyanatda Ermənistan və Azərbaycanın BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdığı bildirilir. Beləliklə, Ermənistan Avropa İttifaqı Şurasının Prezidentinin və ən yaxın havadarı Fransa da daxil olmaqla, Avropanın siyasi rəhbərlərinin iştirak etdiyi belə bir mötəbər tədbir səviyyəsində Azərbaycanın ərazi bölüvlüyünü tanımış oldu. Bu, həm siyasi, həm hüquqi, həm də tarixi baxımdan olduqca mühüm hadisədir.

“Qarşılıqlı olaraq iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması üçün qəbul olunan hər iki sənəd də bizim mövqeyimiz baxımından çox əlverişlidir. İlk növbədə, BMT-nin Nizamnaməsinə nəzər salaq. Nizamnamənin Məqsəd və Prinsiplər adlanan birinci fəslinin 2.4-cü maddəsində deyilir: “Bütün üzvlər öz beynəlxalq münasibətlərində, hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və ya Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər”. Hər nə qədər kağız üzərində qalmasına baxmayaraq, BMT Təhlükəsizlik Şurasının erməni silahlı dəstələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz geri çəkilməsini tələb edən 822, 853, 874, 884 saylı qətnamələrinin qəbulu bir daha təsdiq etmişdir ki, BMT SSRİ-nin dağılmasından sonra təsdiq edilmiş sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünü və dövlət müstəqilliyini tanıyır. Ona görə də bu gün bizim ərazi bütövlüyümüzü qəbul edən Təşkilatın Nizamnaməsinin əsas sənəd kimi götürülməsi bizim üçün ancaq müsbət nəticələr gətirə bilər.

Digər sənədə gəldikdə isə, bu, 1991-ci ilin dekabr ayında Müstəqil Dövlətlər Birliyi (MDB) təsis edilərkən qəbul edilmiş Alma-Ata Bəyannaməsidir. Azərbaycan və Ermənistanın da daxil olduğu 11 sabiq SSRİ respublikasının MDB-nin təsis edilməsi zamanı imzaladıqları Alma-Ata Bəyannaməsində dövlətlərin bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyi də tanınıb. Burada bir önəmli fakta nəzər salaq ki, 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi kimi ləğv olunmuşdur. Yəni, 1991-ci ilin dekabr ayında Alma-Ata Bəyannaməsi imzalanarkən və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul edərkən Ermənistanın nəinki Azərbaycana qarşı heç bir ərazi iddiası olmamış, hətta Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunduğunu bilmiş və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etmişdir. Odur ki, bu gün iki dövlət arasında sülh prosesinin təməlində Alma-Ata Bəyannaməsinə sadiqliyin təsdiq edilməsi bizim üçün böyük uğurdur”, - deyə Z.Əsgərov qeyd edib.

Komitə sədrinin sözlərinə görə, Praqa görüşündən əldə olunan digər mühüm nəticə odur ki, nə Ermənistan, nə də dördtərəfli görüşün digər iştirakçıları sülh müqaviləsinin bağlanması üçün Azərbaycan tərəfindən irəli sürülmüş 5 baza prinsipinə qarşı heç bir etiraz irəli sürmədiyini təsdiq etmiş oldu. Yəni, dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; nəqliyyat və kommunikasiyaların açılmasını da əhatə edən 5 baza prinsipi sülh prosesinin əsası kimi artıq qəbul olunmuşdur. Əslində bu, çox təbiidir və belə də olmalıdır. Çünki bu 5 prinsip elə Ermənistanın yuxarıda şərh etdiyimiz beynəlxalq sənədlərə imza atarkən öz üzərinə götürdüyü öhdəliklərə əməl etməsi deməkdir.

Sülh prosesində müəyyən çətinliklər yaradan məqamların da olduğunu diqqətə çatdıran Z.Əsgərov deyib: “Prezident Praqada olarkən özü də qeyd etdi ki, bu günə qədər erməni silahlı birləşmələrinin bizim torpaqlarımızdan tam çıxarılmaması və hələ də ermənilər tərəfindən təxribata əl atılması, xüsusilə də mina basdırılmasının davam etməsi sülh prosesinə ciddi zərər vurur. Müharibə başa çatdıqdan sonra 250-dən çox azərbaycanlı ermənilərin basdırdığı minalar nəticəsində ya həlak olub, ya da ki, ağır yaralanıb. Bu, olduqca ciddi bir rəqəmdir. Bu, onu göstərir ki, bizə qarşı erməni terroru hələ də davam edir. Ermənistanla sülh prosesində əldə olunan irəliləyişlər bizim üçün qarşılaşdığımız mənfi halların dilə gətirilməsinə əsla əngəl ola bilməz. Bu fakt heç kimin diqqətindən qaçmamalıdır ki, başda Prezident İlham Əliyev olmaqla, biz Ermənistanla siyasi dialoqun aparıldığı istənilən platformada minaların basdırılması, sərhəddə təxribatların davam etməsi, itkin düşmüş azərbaycanlıların taleyi, nəqliyyat kommunikasiyalarının açılmasında Ermənistanın üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsi kimi problemləri qabartmaqda davam edirik”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədrinin sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinə gəldikdə isə, dövlətimizin başçısı Praqada olarkən bir daha qətiyyətlə qeyd etdi ki, bu, bizim daxili məsələmizdir. Demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycanda heç vaxt vətəndaşlar arasında etnik mənşəyinə və ya dini etiqadına görə fərq qoyulmayıb. Konstitusiyamızın 5-ci maddəsində təsbit edilib ki, Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Biz bu məsələnin həllini heç bir məcburiyyət tətbiq etmədən erməni əsilli əhalinin seçiminə uyğun həll edəcəyik. Kim Azərbaycan vətəndaşı kimi yaşamaq istəmirsə, özü üçün başqa yaşayış yeri seçə bilər. Azərbaycanda yaşamağı seçən ermənilər üçün isə tədricən Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi işə düşəcək. İnteqrasiya həm siyasi, həm iqtisadi, həm də sosial sahələri əhatə etməlidir. Beləliklə, tədricən digər bütün vətəndaşlarımız kimi erməni əsilli vətəndaşların da Azərbaycan dövləti ilə sosial-siyasi, hüquqi bağlılığı yaranacaq. Bu, əlbəttə, çox məsuliyyətli, diqqət tələb edən bir prosesdir, lakin Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu məsələnin başqa həll yolu yoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib