Zoologiya İnstitutunda mülki müdafiə qüvvələrinin hazırlığı yoxlanılıb
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda hərbiləşdirilməmiş mülki müdafiə dəstəsi ilə xəbərdarlıq və toplanış məşqi keçirilib.
Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” mövzusunda keçirilən məşq institutun 2019-cu il üçün mülki müdafiə üzrə tədbirlər planına uyğun təşkil olunub.
Mövzu barədə mülkü müdafiə qərargahının rəisi çıxış edib və sualları cavablandırıb.