Zülfiyyə Xanbabayeva: Hər səhnəyə eyni məsuliyyətlə çıxıram
Bakı, 23 iyul, AZƏRTAC
“Dream Fest” hər il yeni məqamlarla yadda qalır.
Bu barədə AZƏRTAC-a müsahibəsində “Sea Breeze”də “DREAM FEST - 2026” çərçivəsində qırmızı xalçadan keçən Xalq artisti Zülfiyyə Xanbabayeva danışıb.
Müğənni bildirib ki, festivalın hər buraxılışı əvvəlkindən fərqlənir və bu, tamaşaçılar üçün xüsusi ab-hava yaradır.
“Bu festivalda da yeniliklər var. Amma gələcək əməkdaşlıqlar və layihələr barədə indidən danışmaq istəmirəm. Onu zaman göstərəcək. Vaxtı çatanda hər şey bəlli olacaq”, – deyə Xalq artisti vurğulayıb.
Zülfiyyə Xanbabayeva qeyd edib ki, hazırda bütün diqqətini səhnə çıxışına yönəldib.
“Bu gün bütün fikrim yalnız səhnədədir. İnşallah, çıxışım uğurlu keçər”, – deyə o bildirib.
Xalq artisti sonda festival təşkilatçılarına və tamaşaçılara təşəkkürünü ifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:14]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [17:02]
Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir
- 05.10.2026 [16:51]