Zvonimir Boban: “Qarabağ” pis oynamadı, sadəcə, “Napoli” çox yaxşı müdafiə olundu
Bakı, 26 noyabr, AZƏRTAC
“Napoli” bu mövsüm bəlkə də ilk dəfədir bu qədər kompakt oyun nümayiş etdirdi. Sürətli keçidlərlə “Qarabağ”ın işini çətinləşdirdilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Xorvatiya millisinin və İtaliyanın “Milan” klubunun sabiq yarımmüdafiəçisi Zvonimir Boban UEFA Çempionlar Liqasının əsas mərhələsində “Napoli”nin İtaliyada “Qarabağ”a 2:0 hesabı ilə qalib gəldiyi matçı “Sky Sports”a şərh edərkən deyib.
Hazırda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun prezidenti olan 57 yaşlı funksionerin sözlərinə görə, Azərbaycan təmsilçisi ümumilikdə yaxşı çıxış etsə də, neapollular müdafiədə son dərəcə möhkəm və aqressiv oynayıblar: “Qarabağ” pis oyun göstərmədi, sadəcə, İtaliya klubu çox yaxşı müdafiə olundu. Hücumlarda da aktiv idilər. Bu qarşılaşmada çox ciddi və tam konsentrasiya olunmuş “Napoli” gördüm”.
Keçmiş futbolçu xüsusilə “Napoli”nin hər iki qolunun müəllifi olan Skott MakTomineyin çıxışını yüksək qiymətləndirib: “O, həmişə fərq yarada bilən qeyri-adi futbolçudur. “Qarabağ”la matçda da qol vuraraq bunu sübut etdi”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]
Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb
- 08.06.2026 [10:56]
Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb
- 08.06.2026 [10:29]
Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub
- 08.06.2026 [10:27]
Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb
- 08.06.2026 [10:22]