REGİONLAR
Voleybol üzrə Xocavənd rayon birinciliyinin qalibləri müəyyənləşib

Beyləqan, 6 mart, AZƏRTAC
Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki 320 ailəlik qəsəbədə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə voleybol üzrə Xocavənd rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Bədən Tərbiyəsi və İdman Gününü qeyd etmək, idmanın voleybol növünü kütləviləşdirmək, perspektivli voleybolçuları aşkara çıxarmaq, əhalinin asudə vaxtının səmərəli və mənalı keçirilməsini təmin etmək məqsədi ilə təşkil olunan yarışda 8 komanda iştirak edib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Kəbirli kənd komandası birinci, Yeni Xocavənd qəsəbə komandası ikinci, 320 ailəlik qəsəbə komandası isə üçüncü yerə çıxıb.
Birinciliyin qalibləri diplomlarla təltif olunub.