Coy Lens Mikels: Çox çətin oyun oldu
Bakı, 26 avqust, AZƏRTAC
Çox çətin oyun oldu. Fikrimcə, biz bu qələbəyə layiq idik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sabah” klubunun hücumçusu Coy-Lens Mikels İsrailin "Hapoel" (Beer-Şeva) komandası üzərində UEFA Çempionlar Liqasının pley-off mərhələsində qazanılan 5:2 hesablı qələbədən sonra jurnalistlərə müsahibəsində deyib.
Futbolçu bildirib ki, komanda matç boyunca böyük iradə nümayiş etdirib: “Biz heç vaxt təslim olmuruq. İkinci oyun da “Orxus”a qarşı keçirdiyimiz matçdakı kimi bir hiss idi. Buraxılan qoldan sonra inana bilmirdik, amma sonda göstərdik ki, biz heç vaxt təslim olmuruq. Bu, xüsusi bir an idi. Çox qürurluyam. Hər şey fantastik idi, möhtəşəm idi.”
Qeyd edək ki, "Sabah" komandası iki oyunun nəticəsinə görə 6:4 hesabı ilə qələbə qazanaraq tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]