Sabah Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək
Laçın, 25 avqust, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 26 Avqust – Laçın Şəhəri Günü dördüncü dəfə təntənə ilə qeyd olunacaq.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, doğma yurda qayıdan Laçın sakinləri, mədəniyyət xadimləri, eləcə də çoxsaylı qonaqlar iştirak edəcəklər.
Şəhər Günü münasibətilə Laçının müxtəlif məkanlarında rəsm sərgiləri, uşaqlar üçün tamaşa nümayişləri və digər mədəni proqramlar təşkil olunacaq.
Həmçinin Azərbaycanın tanınmış incəsənət ustalarının və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm konsert keçiriləcək. Proqramda milli musiqimizin zəngin irsini və milli rəqs ənənələrini əks etdirən rəngarəng çıxışlar nümayiş etdiriləcək.
Müxbir - Gülay Nəzərova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]