Azərbaycan Dövlət İnformasiya Agentliyi

Forum çərçivəsində “Avropanın gələcəyi” mövzusu ətrafında geniş müzakirələr aparılıb VİDEO

Bakı, 17 mart, AZƏRTAC

“Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” devizi altında keçirilən V Qlobal Bakı Forumunun növbəti iclasında “Avropanın gələcəyi” mövzusu ətrafında geniş müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Mladen İvaniç çıxış edərək Avropaya inteqrasiya ilə bağlı bir çox problemlərin olduğunu diqqətə çatdırdı. Avropa İttifaqının gələcəyi ilə əlaqədar nikbin düşüncələrinin olduğunu söyləyən Mladen İvaniç təhlükəsizlik baxımından Avropa ölkələrinin bir yerdə qalmasının əhəmiyyətinə toxunaraq dedi: “Miqrantların Avropa İttifaqı ölkələrinə daxil olması probleminə baxmayaraq, bu qurum daha sabit ola bilər. Avropa İttifaqı uğurlu model kimi fəaliyyət göstərir. Digər problemləri həll etmək mümkündür. Niderlandda keçirilən seçkilərin nəticəsi də müsbət danışmağa əsas verir”.

Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasının quruma çox güclü təsiri olmayacağını deyən Mladen İvaniç keçid dövrünün uğurla başa çatacağını bildirdi.

Sonra çıxış edən Polşanın sabiq Prezidenti Aleksandr Kvasnievski demoqrafiyanın Avropa İttifaqı üçün daha böyük fəsadlarının olduğunu vurğuladı. O bildirdi ki, miqrasiya məsələsi qaçqın məsələsi deyil, bu, eyni zamanda, Avropa İttifaqının gələcəyi deməkdir. Mümkün qədər necə assimilyasiya etməliyik. Afrikadan, Asiyadan miqrasiya, böhranlar azad, sərbəst ticarətin əsasını darmadağın edir. Biz böhranların səviyyəsini lazımi şəkildə düzgün ölçməmişik. Siyasət isə keçid dövrünü yaşayır, birqütblülük dövrü başa çatıb. Yeni sistem isə hələ yaradılmamışdır. Belə bir xaotik vəziyyətdə Avropa inteqrasiyası qorunmalıdır. Liderlik problemi, qərarvermə sistemi əslində əsas çətinliklərdən biridir. Texnoloji dəyişikliklər prosesinin qarşısını almaq mümkün deyil.

Gənclərin seçkilərdə zəif iştirakından danışan Belçika Krallığının sabiq Baş naziri Yves Leterme onların bu işə marağının artırılmasının əhəmiyyətini vurğuladı. Rəqabətin olmamasının siyasi arenada daha çox vədlərin verilməsinə gətirib çıxardığını söyləyən sabiq Baş nazir sosial, iqtisadi proqramların seçkilərə mənfi təsir göstərdiyini qeyd edərək dedi: “Bildiyimiz kimi, informasiya-kommunikasiya texnologiyalarının rolu çox vacibdir. Gənclər veb-insanlardır. Lakin bu prosesdən kənarda qalanlar da var. İctimai fikir yeni debatlar vasitəsilə öyrənilməlidir. Bunun üçün referendum keçirilməlidir. Bütün rəylər göstərir ki, insanların siyasi təmsilçiliklə bağlı problemləri var. Vətəndaşlarımız vahid valyutadan - avrodan istifadə edirlər, Avropa İttifaqında sərbəst hərəkət edə bilirlər. Populizmin Avropa inteqrasiyasına qalib gəlmək şansı yoxdur”.

İnsanların bütün çətinliklərə və problemlərə baxmayaraq Avropa İttifaqını dəstəklədiklərini deyən Sloveniyanın sabiq Prezidenti Danilo Türk Balkan ölkələrinin də bu quruma doğru irəlilədiklərini bildirdi. Şərq Tərəfdaşlığı ilə bağlı prinsiplərə yenidən baxılmasının vacibliyinə toxunan sabiq Prezident söylədi ki, Avropa İttifaqı mərkəzdir. Gücləndirilmiş əməkdaşlıqdan istifadə etmək üçün bu mərkəzdə toplaşmaq lazımdır. Düşünürəm ki, sosial-iqtisadi inkişafda ehtiyatlı olmalıyıq. Təhlükəsizlik, hərbi nöqteyi-nəzərdən Balkanlarda perspektivimiz olmalıdır. Biz bütün mümkün həmrəyliyi göstərməliyik. Avropa inteqrasiyası böyük məsələlərdə etibarlıdır.

İqtisadi və maliyyə böhranından danışan Niderland Krallığının sabiq Baş naziri Vim Kok Afrikadan Avropaya növbəti on il ərzində qaçqınların gəlməsi prosesinin davam edəcəyini söylədi. Avropa əməkdaşlığının təhlükəsizliyinin tam təmin olunmadığını vurğulayan Vim Kok bu istiqamətdə liderlərin uzaqgörənliyinin vacibliyini diqqətə çatdıraraq bildirdi: “Əməkdaşlıq üzrə prinsiplər mövcuddur. Avropa əməkdaşlığı tam təmin olunmalıdır. Biz dəyərləri, prinsipləri və standartları da qorumalıyıq. Keçmişdə buraxılan səhvlərdən nəticə çıxarılmalıdır. Əhalinin dəstəyi ilə Avropanın gələcəyi növbəti on ildə bərpa edilməlidir”.

Gənclərə daha çox sərbəstlik verilməsinin vacibliyini qeyd edən Latviyanın sabiq Prezidenti Valdis Zatlers geosiyasətdə tektonik dəyişikliklərin baş verdiyini bildirdi. Demokratiyanın yavaş-yavaş getdiyini söyləyən Valdis Zatlers populist fikirlərin beyinlərimizdə üstünlük təşkil edə biləcəyini dilə gətirdi.

Bakı Forumunu yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan Hökumətinə təşəkkür edən Çexiyanın sabiq Baş naziri Jan Fişer Birləşmiş Krallığın çox vacib Avropa layihəsini tərk etdiyini vurğuladı. O dedi ki, populizmin çox ciddi ziyanı ola bilər. Demokratiya sadələşdirilməli, eyni zamanda, idarə, davranış üslubu tətbiq olunmalıdır.

İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini “Çox sürətli Avropa” modelinin hər bir dövlət üçün şərait yaratdığını bildirdi. Xarici siyasətdə qətiyyət göstərilməsinin vacibliyinə toxunan Franko Frattini dedi ki, daxili bazarlar gücləndirilməli, əməkdaşlıq təmin olunmalıdır. Biz siyasi inteqrasiyaya doğru gedirik. Suriyadan gələn yol kifayət qədər çox sabitdir. Amma biz hər həftə Siciliya adasından 3-4 min miqrant qəbul edirik. İtaliya, Malta və Yunanıstan artıq bu problemi həll edə bilməyəcək. Biz on minlərlə miqrantı yerləşdirə bilirik. Səmimi desək, yük bölüşmə prinsipinə əməl olunmasa fərdi addımların atılması kifayət etməyəcək. Biz miqrasiyanı Avropa səviyyəsində idarə etməliyik.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

Forum çərçivəsində “Avropanın gələcəyi” mövzusu ətrafında geniş müzakirələr aparılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Çempionlar Liqası: "Sabah"–“Slaviya Praqa” oyunu başlayıb

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir