REGİONLAR
Fındıq festivalından FOTOREPORTAJ VİDEO
Zaqatala, 18 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Noyabrın 18-də Zaqatalada ilk dəfə Fındıq festivalı keçirilib. Festivalda fındıqdan hazırlanmış geniş çeşiddə məhsullar sərgilənib, müxtəlif müsabiqələr təşkil olunub. Bir-birindən maraqlı əl işləri festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, fındıqçılıq qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən əsas sahələrdən biridir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir. Respublikamızda ildə təqribən 35 min ton fındıq istehsal olunur.
Fındıq istehsalı ölkəmizin kənd təsərrüfatının inkişafında önəmli rol oynayır. Azərbaycanda fındıq istehsalının böyük hissəsi isə Zaqatala rayonunun payına düşür.
AZƏRTAC Fındıq festivalından fotoreportajı təqdim edir.