REGİONLAR
Yeniyetmə güləşçilər mötəbər yarışa hazırlaşırlar VİDEO






Xaçmaz, 1 may, Elxan Yusifli, AZƏRTAC
Yeniyetmələrdən ibarət sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan milli komandaları qarşıdakı mötəbər yarışlara Xaçmaz Olimpiya İdman kompleksində hazırlaşırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 14-də Makedoniyanın paytaxtı Skopye şəhərində start götürəcək Avropa birinciliyinin hazırlıqlarına 50-yə yaxın yeniyetmə güləşçi cəlb olunub.
Təlim-məşq prosesinə böyük məşqçilər Əsgərxan Novruzov, Bəhram Mürvətov, məşqçilər İslam Cəfərov, Fuad Əliyev, Vahid Məmmədov və Yaşar Əliyev rəhbərlik edirlər.
Qitə birinciliyində həm sərbəst, həm də yunan-Roma güləşçilərimiz 10 çəki dərəcəsində təmsil olunacaqlar. Makedoniyada yüksək nəticə göstərən idmançılar yeniyetmələrin III Yay Olimpiya Oyunlarına 2 vəsiqədən birinə sahib çıxacaq. Olimpiada oktyabr ayında Argentinada keçiriləcək.
Güləşçilərimizin Xaçmaz Olimpiya İdman Kompleksində hazırlığı mayın 10-dək davam edəcək.