Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bolqarıstanın Sozopol şəhərində Azərbaycan mədəniyyəti gecəsi keçirilib VİDEO

Sofiya, 21 iyun, AZƏRTAC

Bolqarıstanın ən qədim şəhərlərindən olan Sozopolda “Soleil” 8-ci Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində Azərbaycan mədəniyyəti gecəsi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə keçirilən tədbir Xalq Cümhuriyyətinin və görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileylərinə həsr olunub. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş etdirilib, Q.Qarayevin əsərləri səsləndirilib, ölkəmizin tarixi, mədəniyyəti, multikulturalizm ənənələri barədə “Bakı - müasirlik və qədimliyin harmoniyası” mövzusunda fotosərgi və Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunub.

Respublikamızın festivalda iştirakı proqramı çərçivəsində Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova tərəfindən Sozopol şəhər kitabxanasına ölkəmiz haqqında kitablar - bolqar dilinə tərcümə edilmiş “Müasir Azərbaycan ədəbiyyatı”, Hüseyn Cavidin “Maral” və “Şeyda” əsərləri, dahi Nizaminin fransız dilinə tərcümə edilmiş əsərləri və s. hədiyyə edilib.

Festival çərçivəsində baş tutmuş plenerdə Makedoniya, Rumıniya, Mərakeş, Livan, Belçika, Fransa ilə yanaşı, Azərbaycandan da rəssamlar - Bəhruz Kəngərli və Bəhram Xəlilov iştirak ediblər. Onların plenerdə yaratdığı əsərlər festivalda nümayiş olunub. Bu əsərlərin, həmçinin Sofiya şəhərində sərgilənməsi nəzərdə tutulur.

Gecənin açılışında çıxış edən səfir Nərgiz Qurbanova müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin geniş şəkildə qeyd edildiyini, o cümlədən Bolqarıstanda yerli tərəfdaşlarla birgə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Səfir deyib ki, cari ildə, həmçinin müsəlman dünyasında ilk opera olan “Leyla və Məcnun”un 110, Azərbaycan milli teatrının 145, kinematoqrafiyasının 120, görkəmli bəstəkar Q.Qarayevin 100 illik yubileyləri keçirilir. “Bakı - müasirlik və qədimliyin harmoniyası” adlı fotosərgi, Q.Qarayevin əsərlərindən ibarət konsert, Azərbaycan milli mətbəxinin təqdimatı, “Əli və Nino” filminin nümayişi - bütün bu tədbirlərin məqsədi Azərbaycanın dünya mədəniyyəti və incəsənətinə töhfələrini nümayiş etdirməkdir.

Daha sonra N.Qurbanova hər tədbir barədə yığcam məlumat verib. Bildirib ki, fotosərgidə Azərbaycan paytaxtının gözəlliyi, qədim tarixi və mədəni müxtəlifliyi əksini tapıb. İstedadlı bolqar rəssamı və fotoqrafı Tanya Uzunova tərəfindən çəkilmiş fotoşəkillər Bakı və onun ətrafının multikultural mühitini və əsrarəngiz gözəlliklərini əks etdirir.

Q.Qarayevin yaradıcılığına toxunan səfir görkəmli bəstəkarın zəngin musiqi irsinin məhəbbət və mübarizə, sevinc və kədər, xəyal və gerçəkliyi ifadə etdiyini, onun Birinci Beynəlxalq Los-Anceles Musiqi Festivalına Sovet İttifaqının göndərdiyi iki bəstəkardan biri olduğunu diqqətə çatdırıb. Səfir deyib ki, UNESCO Baş Assambleyasının 39-cu sessiyasının qərarı ilə Q.Qarayevin yubileyi 2018-ci il ərzində ayrı-ayrı ölkələrdə qeyd olunur. Gecədə səsləndirilən əsərlərin əlyazmaları Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova tərəfindən müxtəlif arxivlərdən əldə edilərək kitab halında çap edilib. Diplomat Yeni Bolqarıstan Universitetinin professoru, gənc virtuoz pianoçu Ani Linçevanın ifasında təqdim olunacaq həmin musiqi nümunələrinin qonaqların zövqünü oxşayacağına ümidvar olduğunu deyib.

“Əli və Nino” filmi barədə qonaqlara məlumat verən səfir ekran əsərinin sevgi hekayəsi fonunda Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə həsr olunduğunu söyləyib. Filmin, həmçinin Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələri barədə olduğunu vurğulayan səfir ölkəmizin tarixən Şərqlə Qərb arasında müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan olduğunu bildirib.

Qeyd edək ki, festival Sozopol şəhərinin ictimai və mədəni həyatında böyük mədəni hadisə kimi, Bolqarıstanda bu qəbildən olan yeganə tədbirdir. Festivalın Bolqarıstan tərəfindən təşkilatçıları Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Dövlət Arxiv Agentliyi, Bolqarıstan Elmlər Akademiyası, Milli Qalereya və Sozopol İcra Hakimiyyətidir. Tədbirin beynəlxalq təşkilatçıları sırasında Azərbaycan, Belçika, Livan, Mərakeş, Rumıniya, Makedoniya, Fransa, Gürcüstan və İsveçrənin Bolqarıstandakı səfirlikləri yer alır. Festivalın açılışı ilə Sozopolda yay turizm mövsümünün başlandığı elan edilir. Festivalın proqramına sərgi və konsertlər, beynəlxalq elmi seminar, beynəlxalq plener, milli mətbəxlərin dequstasiyası daxildir.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Bolqarıstanın Sozopol şəhərində Azərbaycan mədəniyyəti gecəsi keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib