Qubanın Qırız və Xınalıq kəndlərinə qar yağıb VİDEO
Quba, 29 yanvar, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Qırız və Xınalıq kəndlərinə qarın hündürlüyü 4 santimetrə çatır. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.
Xınalıq sakinlərinin bildirdiyinə görə, hazırda kəndə qar yağmaqda davam edir.