MƏDƏNİYYƏT
“Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert proqramı təşkil ediləcək
Bakı, 8 avqust, AZƏRTAC
Avqustun 9-da “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert proqramı Binəqədi rayon Mərkəzi Mədəniyyət Evində baş tutacaq.
AZƏRTAC xəbər verir ki, tədbir Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Qeyd edək ki, iyul ayından başlanan layihə ilin sonunadək davam edəcək. Muğamsevərlər tanınmış xanəndələrin ifasında UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib, dərin fəlsəfi aləmi ilə insanları düşündürən muğamları, xalq mahnı və təsnifləri, dəraməndləri, rəngləri dinləyəcəklər. 26 avqust - Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü ərəfəsində növbəti konsert proqramı isə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında keçiriləcək.