Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan haqqında təqdimat Tokio məktəbliləri tərəfindən böyük maraqla qarşılanıb VİDEO

Tokio, 13 sentyabr, AZƏRTAC 

Azərbaycan haqqında təqdimat Tokionun “Hosui” ibtidai məktəbinin şagirdləri tərəfindən böyük maraqla qarşılanıb.

AZƏRTAC xəbər verir ki, Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin və “Children Meet Countries” (“CMC”) qeyri-hökumət təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə məktəbin 100-dək şagirdi və müəllim heyəti iştirak edib.

Əvvəlcə qonaqlar məktəbin kitabxanası ilə tanış olublar. Mərkəzin sədri Xəlil Kələntər Azərbaycanın tarixi və mədəniyyəti haqqında Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi tərəfindən yapon dilində buraxılan nəşrləri, “İrs-İsan” jurnalının nömrələrini məktəbə hədiyyə edib.

Məktəbin akt zalında keçirilən tədbirdə “CMC” təşkilatının əlaqələndiricisi Miçiko Syuda məlumat verərək bildirib ki, son illər Azərbaycan Yaponiyada çox məşhurlaşıb. Bu ölkə qısa müddətdə əldə etdikləri uğurları, sürətli və dinamik inkişafı ilə yaponların da diqqətini özünə cəlb edib. Ona görə də Yaponiyada yaşayan azərbaycanlılarla məktəblilərin görüşünün keçirilməsi qərara alınıb. Bildirilib ki, mərkəzin sədri Xəlil Kələntər artıq 40 ilə yaxındır ki, Tokioda yaşayır və elektronika sahəsində çalışan mütəxəssis kimi yalnız Yaponiyada deyil, dünyanın digər ölkələrində də yaxşı tanınıb. Tədbirdə iştirak edən digər azərbaycanlı qonaqlar da şagirdlərə təqdim edilib.

Sonra mərkəzin sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər ölkəmiz haqda geniş təqdimatla çıxış edib. O, Azərbaycanın tarixi, coğrafi mövqeyi, dövlət atributları, mədəniyyəti, zəngin karbohidrogen ehtiyatları, turizm potensialı, müstəqilliyin bərpasından sonra əldə edilən uğurları, Azərbaycan-Yaponiya əlaqələri barədə məlumat verib.

Qeyd edib ki, Azərbaycan müxtəlif mədəniyyətlərin birləşdiyi, multikultural və tolerant ölkə kimi bütün dünyada yaxşı tanınıb. Burada yalnız azərbaycanlılar deyil, həm də digər xalqların nümayəndələri dostluq və mehriban qonşuluq şəraitində yaşayırlar.

Müstəqilliyin bərpasından keçən dövrdə Azərbaycanda təhsil sahəsində mühüm irəliləyişlərin əldə edildiyinə diqqət çəkən Xəlil Kələntər ötən dövrdə həm paytaxtda, həm də rayonlarda çoxlu sayda yeni məktəblərin inşa olunduğunu, köhnələrin əsaslı təmirdən sonra yeni avadanlıqla təmin edildiyini vurğulayıb. O, ölkəmizdə təhsil islahatlarının uğurla davam etdirildiyini bildirib.

Azərbaycanın dünyanın enerji təhlükəsizliyində mühüm rolunu qeyd edən mərkəzin sədri Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TAP və TANAP layihələri barədə də ətraflı məlumat verib. Həmin layihələrdə yapon şirkətlərinin yaxından iştirak etdiyi xüsusi vurğulanıb.

Azərbaycan diasporunun Yaponiyadakı fəaliyyəti barədə danışan mərkəzin sədri həmyerlilərimizin bu gündoğar ölkənin ictimai-siyasi, iqtisadi, mədəni və idman həyatında fəal iştirak etdiyini deyib. Bildirib ki, əsasən ziyalı təbəqəsinə məxsus olan Azərbaycan icmasının üzvləri Yaponiya ali məktəblərində təhsil almaqla yanaşı, müxtəlif şirkətlərdə, elm və mədəniyyət müəssislərində çalışaraq ölkənin inkişafına öz töhfələrini verməkdədirlər.

Son illər Azərbaycan ilə Yaponiya arasında regionlararası əməkdaşlığın da inkişaf etdiyini bildirən Xəlil Kələntər buna misal olaraq İsmayıllı və İto şəhərləri arasında artıq ənənəyə çevrilmiş şagird mübadiləsi proqramını xatırladıb. Bildirib ki, hər il İsmayıllıdan Yaponiyaya və İtodan Azərbaycana səyahət edən şagird və müəllimlər iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfələr verirlər.

Azərbaycanlı bəstəkar Qənbər Hüseynlinin Tofiq Mütəllibovun sözlərinə bəstələdiyi məşhur “Cücələrim” mahnısının bu il 70 yaşının tamam olduğunu xatırladan Xəlil Kələntər bu uşaq mahnısının dünyanın bir çox xalqları, o cümlədən yaponlar tərəfindən də sevildiyini bildirib. Yapon məktəblilər qonaqlarla birlikdə “Cücələrim” mahnısını ifa ediblər.

Tokioda yaşayan azərbaycanlı rəqqasə Dilarə Qazıyevanın ifa etdiyi “Uzun dərə” və “Ceyhuni” rəqsləri uşaqların böyük marağına səbəb olub, onların sürəkli alqışları ilə qarşılanıb.

Sonra tədbir iştirakçıları kiçik qruplara ayrılaraq, şagirdlərin suallarını hərtərəfli cavablandırıblar.

Tədbirdə çıxış edən şagirdlər maraqlı məlumata görə qonaqlara minnətdarlıqlarını bildiriblər. Onlar üçün hazırladıqları mahnını ifa ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Azərbaycan haqqında təqdimat Tokio məktəbliləri tərəfindən böyük maraqla qarşılanıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib

Kətanda əbədiləşən Azərbaycan sevgisi

“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiqləyib

Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL

Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb

Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu - ŞƏRH

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib

Qızılın qiyməti yanvardan bəri ən güclü həftəlik artım nümayiş etdirir

Nazirlik: “Əmək və Məşğulluq” altsistemində hazırda 65 mindən çox aktiv vakansiya var

Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir

Birinci yarımildə "Mobil Notariat”ın üzərindən rəsmiləşdirilən notariat hərəkətlərinin sayı məlum olub

Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir

Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmə

Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

Yarım ildə KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim olunub

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

Naxçıvanda kanalda batma təhlükəsilə üzləşmiş şəxs xilas edilib

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Yekaterinburqa dron hücumu olub

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH