Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatının təqdimatı olub VİDEO

Moskva, 13 dekabr, AZƏRTAC 

Moskvada, Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində tanınmış yazıçı-publisist, Xalq yazıçısı, Azərbaycanın Əməkdar jurnalisti Elmira Axundovanın üç cilddə “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, üçcildlik Heydər Əliyev Fondunun və Ümumdünya Dağ Yəhudiləri Konqresinin dəstəyi ilə “Kanon-plyus” nəşriyyatında çapdan çıxıb. Kitablarda aztanınan faktlar, dərin təhlil və müəllif şərhləri ilə müşayiət olunan eksklüziv informasiya toplanıb. Birinci kitab Heydər Əliyevin uşaqlıq və gənclik illərinə, təhlükəsizlik orqanlarında fəaliyyətinə, habelə 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövrünə həsr olunub. İkinci kitabda Heydər Əliyevin Y.Andropov, K.Çernenko və M.Qorbaçovla qarşılıqlı münasibətləri, Kreml intriqalarının sirləri, Qorbaçovun yenidənqurmasının başlanması və sonu, Heydər Əliyevin istefasının əsl səbəbləri barədə faktlar yer alıb. E.Axundova tədqiqatın üçüncü kitabında Heydər Əliyevin Vətənə qayıdışından yazır. Bu kitab Azərbaycanda müharibəni dayandırmağın, ölkəni parçalanmaqdan xilas etməyin, Ermənistanla atəşkəs əldə edilməsinin, ölkənin böhrandan çıxarılmasının və iqtisadi inkişafının təmin edilməsinin hansı səylərlə başa gəlməsi haqqındadır.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında ümummilli lider Heydər Əliyevin həyatının Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövründən danışaraq deyib: “O, Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyəndə təqribən 30 nazirliyə kuratorluq edib. Bu isə çox böyük məsuliyyət idi. Fəlakətlər, faciələr baş verəndə onu dövlət komissiyalarının sədri təyin edirdilər. Odessada mənə danışıblar ki, Heydər Əlirza oğlu “Admiral Naximov” teploxodunda batmış hər bir insanın ailəsi ilə görüşüb və çoxsaylı insan tələfatına səbəb olmuş bu irimiqyaslı qəzanın nəticələrini ləğv etmək üçün böyük işlər görüb”. Səfir qeyd edib ki, Heydər Əliyevin 1960-cı illərin sonu - 1970-ci illərdə Azərbaycana rəhbərliyi dövründə ölkəmiz dünyaya çoxlu sayda tanınmış yazıçı, rəssam, şair, bəstəkar, artist bəxş edib. Onlar Heydər Əliyevin qayğısı sayəsində formalaşıblar.

Kitabların müəllifi Elmira Axundova ümummilli lider Heydər Əliyevlə şəxsi görüşləri ilə bağlı xatirələrini bölüşərək qeyd edib ki, Heydər Əliyevlə birinci dəfə “Literaturnaya qazeta”nın tapşırığı ilə Naxçıvanda görüşüb. O deyib: “Mən Heydər Əliyevdən “sabiqlər” rubrikası üçün müsahibə götürməyə getmişdim, lakin ünsiyyətdən sonra başa düşdüm ki, o, bu rubrikaya uyğun gəlmir. O, mənə heyrətamiz mətləblərdən danışdı. Bu, Sovet İttifaqının dağılmasından bir il əvvəl olmuşdu. Mənə demişdi ki, ittifaq dağılacaq, Qorbaçov ölkəni heçsizliyə aparır. İttifaq dağılandan sonra Heydər Əliyev Dövlət Fövqəladə Vəziyyət Komitəsini dəstəkləmədi, 46 deputat arasında müstəqilliyə birinci səs verdi, Naxçıvanda üçrəngli bayrağımızı yüksəltdi. E.Axundova vurğulayıb ki, Heydər Əliyev bir çox keyfiyyətləri özündə cəmləmişdi: o, yaxşı natiq, səbirli dinləyici, uzaqgörən siyasətçi idi. “Onun başlıca keyfiyyəti, şübhəsiz ki, Azərbaycana məhəbbət idi. O, Azərbaycanı həyatından çox sevirdi və Azərbaycanı onun Azərbaycana məhəbbəti dirçəltdi”, - deyən E.Axundova sonda bildirib ki, hazırda “Zərifə və Heydər. Əbədi məhəbbət”, “Tanıdığımız və tanımadığımız Əliyev” kitabları üzərində işləyir.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi öz çıxışında deyib: “Heydər Əliyev böyük insan kimi qəlbimdə əbədi məskən salıb. Bu insan ruhən mənə çox yaxın idi, çünki vətənpərvər, güclü və ağıllı idi. Belə insanlar həm cəmiyyəti, həm də dünyanı hərəkətə gətirir və tarixdə qalırlar”. Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı münasibətlərdən danışan rektor qeyd edib ki, əgər Heydər Əliyev bütün bunları görsəydi, gülümsəyərək deyərdi: “Belə də olmalıdır, bu, mənim xoşuma gəlir”.

Azərbaycan diplomatı, ictimai xadim, Azərbaycan mühacirəti tarixinin tədqiqatçısı Ramiz Abutalıbov Fransada Azərbaycan Xalq Cümhuriyyəti üzvlərinin məzarlarının bərpa edilməsinə Heydər Əliyevin kömək etməsi tarixindən danışaraq deyib: “Mühacir tanışım Qədir Süleymanov Fransada mənə azərbaycanlıların dəfn olunduğu qəbiristanı göstərdi. Birinci respublikanın nazirlərindən birinin məzarı bərbad vəziyyətdə idi. Mən Heydər Əliyevə müraciət etdim. Dərhal səfirliyə göstəriş verildi və tanınmış azərbaycanlının məzarı bərpa olundu. Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondu sayəsində hazırda Fransada AXC-nin yeddi xadiminin məzarı tamamilə bərpa olunub”.

RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının Dövlət Xidməti və İdarəçiliyi İnstitutunun professoru Nizami Məmmədov xatırladıb ki, sovet dövründə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərindən ibarət böyük bir qrup Moskvaya təhsil almağa göndərilib. O deyib: “Mən də bu gənclər arasında Moskvaya oxumağa gəldim. Təhsilim başa çatandan sonra mənə qalıb Fəlsəfə İnstitutunda işləməyi təklif etdilər. Heydər Əliyev Moskvaya gələndə bütün tələbələri, aspirantları Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə toplayaraq problemlərlə maraqlanırdı. O, öz çıxışlarında deyirdi ki, biz Vətənə qayıtmalıyıq və respublikaya faydalı olmalıyıq. Ona yaxınlaşıb dedim ki, mənə Moskvada qalmaq təklif olunub. O isə belə cavab verdi: ”Əlbəttə, siz qalmalısınız, biliklərinizi təkmilləşdirməlisiniz, amma həmişə Azərbaycan barədə düşünməlisiniz”.

SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Heydər Əliyevin keçmiş köməkçisi Vladimir Uxov 1986-cı ildə “Admiral Naximov” sərnişin paroxodunun qəzaya uğramasından danışaraq deyib ki, dəhşətli faciədə Ukraynanın 15 vilayətinin, Rusiyanın 10 vilayətinin, habelə Belarus, Litva, Moldova, Özbəkistan sakinləri doğma və yaxınlarını itirmişdilər, 423 cəsəd tanınmış, 65 adam itkin düşmüşdü. O vaxt faciənin səbəblərinin araşdırılması üzrə hökumət komissiyasına Heydər Əliyevin başçılıq etdiyini vurğulayan V.Uxov deyib: “Heydər Əliyev müsahibələrindən birində demişdi: ”Naximov”un qəzası məni ürəyimdən vurdu”. Bu faciəli hadisə həqiqətən ona güclü təsir göstərmişdi”.

Dövlət Dumasının deputatı Dmitri Savelyev qeyd edib ki, böyük siyasi xadimin xatirəsinə həsr olunmuş gecədə çıxış etmək onun üçün böyük şərəfdir. Deputat deyib: “Azərbaycan Heydər Əliyevin öz idrakı, siyasi dühası ilə yaratdığı ölkədir. O, hadisələri xalqın istəyinə uyğun dəyişirdi. Azərbaycanın bəxti gətirib ki, bütün hadisələr parçalanmağa, işğala, dağılmağa doğru gedəndə Heydər Əliyev rəhbərliyə qayıdıb”. Tez-tez Azərbaycanda olduğunu xatırladan D.Savelyev vurğulayıb: “Onun zəhmətinin bəhrələrini, hazırkı Prezident İlham Əliyevin onun işini necə davam etdirdiyini görürəm. İki güclü şəxsiyyət - Vladimir Putin və İlham Əliyev dövlətlərimizi gələcəyə aparırlar”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Moskvada Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatının təqdimatı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib