Azərbaycan Dövlət İnformasiya Agentliyi

Buradakı hər bir əşyanın kədərli, eyni zamanda, qürurlu tarixçəsi var - Döyüş Şöhrəti Muzeyindən VİDEOREPORTAJ

Ağdam, 25 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayonunun Mahrızlı kəndində fəaliyyət göstərən Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyini ziyarət edən hər bir kəs duyğulanır, təsirlənir. Çünki burada nümayiş olunan hər bir əşyanın kədərli, eyni zamanda, qürurlu tarixçəsi var. Muzeydə 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edən və qəhrəmanlıqla həlak olan cəsur azərbaycanlı əsgər Rahib Məmmədovla yanaşı, Qarabağ müharibəsi şəhidlərinin də xatirələri əbədiləşdirilir.

Azərbaycan və Gürcüstan xalqlarının dostluğunun rəmzinə çevrilən azərbaycanlı əsgər

AZƏRTAC-ın bölgə müxbiri muzeyə baş çəkib, onun eksponatları ilə tanış olub. Muzeyin direktoru Sahib Məmmədovla söhbət zamanı məlum olub ki, əslində Rahib Məmmədov sel daşqını zamanı 28 deyil, dəfələrlə çox insanı xilas edib: "Erməni əsilli komandirin saxtakarlığı nəticəsində Rahibin xilas etdiyi insanların sayı xeyli az qeyd olunub. Rahib Məmmədov idarə etdiyi hərbi maşınla yarım gündə öz həyatını təhlükəyə ataraq 30-dan çox reys edərək onlarla insanı xilas edib. İnsanları təhlükəsiz yerə çatdırdıqdan sonra sel hərbi maşını körpüyə çırparaq sıradan çıxarıb. Rahib son anda hərbi maşında olan yaralanmış zabiti də xilas edib. Özü isə texnika ilə dəmir körpü arasında qalaraq qəhrəmancasına həlak olub. Ölümündən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "Qırmızı Ulduz" ordeni ilə təltif edilib. Bakının Xətai rayonunun Əhmədli yaşayış massivindəki küçələrdən biri və təhsil aldığı Mahrızlı kənd tam orta məktəbi onun adını daşıyır. Məktəbin həyətində Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyi yaradılıb. R.Məmmədovun şücaəti Azərbaycan və Gürcüstan xalqlarının dostluğunun rəmzinə çevrilib. Gürcüstanda cəsur əsgərin adına küçə, park var. Yerli sakinlər hələ də baş verən fəlakət zamanı azərbaycanlı əsgərin göstərdiyi qəhrəmanlıqdan danışır, xatirəsini həmişə əziz tuturlar".

Şəhid əsgərlərimizin bədənlərindən çıxarılmış güllələr, yaralı əsgərlərimizin daşındığı qanlı xərək...

Muzeyin bələdçisi Amilə Muradova isə sərgilənən eksponatlar barədə məlumat verib. 1990-cı ildə yaradılmış Döyüş Şöhrəti Muzeyinin birinci ekspozisiya zalında Rahib Məmmədovun, ikinci zalda isə əksəriyyəti 1992-1994-cü illərdə Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarına məxsus şəxsi əşyalar, geyimlər, fotolar, kitablar, qəzet və jurnallar nümayiş olunur. Bu eksponatlar Qarabağ müharibəsi zamanı döyüş meydanlarından tapılıb və ya şəhidlərin ailə üzvləri tərəfindən muzeyə hədiyyə edilib. Bu barədə danışan muzeyin bələdçisi bildirib ki, 2300-ə yaxın eksponatın sərgiləndiyi muzeydə yaradılmış “Vətən fədailəri”, “Rahib Məmmədov”, “20 Yanvar” guşələri, Azərbaycanın Milli qəhrəmanlarının şəkilləri, şəhidlərə məxsus müxtəlif əşyalar, geyimlər, bədənlərindən çıxarılmış güllə və mərmi qəlpələri, yaralı əsgərlərimizin daşındığı qanlı xərək, düşmən tərəfindən atılmış top mərmiləri, Milli Qəhrəman Mübariz İbrahimova məxsus idman aləti və digər eksponantlar ziyarətçilərdə böyük təəssürat yaradır.

Xocalı faciəsində Elyananın həyatını xilas edən əsgər ayaqqabısı və ünvanlı gilizlər

Muzeyi digər muzeylərdən fərqləndirən eksponantların əksəriyyətinin öxünəməxsus tarixçəsinin olmasıdır. Məsələn, burada nümayiş olunan əsgər çəkməsi Qarabağ döyüşlərində şəhid olan Samir Abdinova məxsusdur. O, Xocalı faciəsi zamanı mühasirədə olan sakinləri xilas edərkən, öz çəkməsini Elyana Hümbətovaya geyindirib ki, onun ayaqlarını don vurmasın. Sonra həmin çəkmələr E.Hümbətova tərəfindən muzeyə verilib.

Diqqət çəkən eksponatlardan biri də ünvanlı gilizlərdir. Müharibə dövründə hərbi qulluqçular özləri haqqında məlumatları - ad, soyad və yaşayış ünvanını kağıza yazaraq gilizin içərisində saxlayırdılar. Bu gilizlər Qarabağ müharibəsi zamanı şəhid olmuş hərbi qulluqçuların üzərindən tapılıb.

Erməni hərbçilərinin hədəfinə tuş gəlmiş muzey binası əsaslı təmir olunub

2016-cı ilin Aprel döyüşlərində erməni hərbçilərinin raket atəşləri nəticəsində qəzalı vəziyyətə düşən muzeyin binası əsaslı təmir olunub. Lakin muzeydə tərtibat işləri aparılmadığından ekponantların bir hissəsi nümayiş etdirilə bilmir. Muzey rayon sakinlərinin, xüsusən də məktəblilərin, ərazidə xidmət edən əsgər və zabitlərin ən çox ziyarət etdikləri məkanlardandır. Burada mütəmadi olaraq şəhidlərin anım tədbirləri və digər vətənpərvərlik tədbirləri keçirilir, məktəblilərə və əsgərlərə şəhidlərimizin qəhrəmanlıqları çatdırılır.

Buradakı hər bir əşyanın kədərli, eyni zamanda, qürurlu tarixçəsi var -  Döyüş Şöhrəti Muzeyindən VİDEOREPORTAJ

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH