Qubanın dağlıq ərazilərinə qar yağıb VİDEO
Quba, 23 aprel, Elxan Yusifli, AZƏRTAC
Qubanın Xaltan, Qrız və Xınalıq kəndlərinə, eləcə də Böyük Qafqaz dağlarının ətəklərində yerləşən digər yaşayış məntəqələrinə qar yağıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xınalıqda qarın hündürlüyü 6 santimetr, Qrızda və Xaltanda isə 3 santimetr olub. Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda temperatur mənfi 4 dərəcəyədək enib.